PDF Oxu

Siyasət

  • 30

Bərdədə şagirdlər peşə seçimi ilə bağlı maarifləndiriliblər

Bərdədə şagirdlər peşə seçimi ilə bağlı maarifləndiriliblər

Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseydə "Peşəyönümünə istiqamətləndirmə" mövzusunda keçirilən tədbirdə şagirdlər peşə seçimi ilə bağlı maarifləndiriliblər.AZƏRTAC xəbər verir ki, Bərdə rayon gənclər və idman idarəsinin, məşğulluq mərkəzinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər peşəyönümü işinin gənc nəslin gələcək taleyinin təmin olunmasında, onların şüurlu yaradıcı əməyə hazırlanmasında mühüm əhəmiyyətindən, peşə seçimində valideynin rolundan, peşə seçiminin əsas şərtlərindən və ona təsir edən amillərdən danışıblar.Tədbirdə şagirdlərə mövzu ilə bağlı bukletlər paylanılıb, peşə seçimi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC

Digər xəbərlər