PDF Oxu

Siyasət

  • 29

Aydın Mirzəzadə: “Müsavat seçkiyə hazırlıqsız siyasi partiya idi” AÇIQLAMA

Aydın Mirzəzadə: “Müsavat seçkiyə hazırlıqsız siyasi partiya idi” AÇIQLAMA

"Müsavat partiyasının 2015-ci il noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdən imtina etməsi özünə zəifliyinin və bu günün tələblərinə cavab vermədiyinin etirafı deməkdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, Müsavat partiyası seçkiyə hazırlıqsız siyasi partiya idi: "Müsavatda partiyadaxili gedən mübarizə onsuzda zəif olan müxalifəti daha da zəiflətmişdi. Təsadüfi deyil ki, seçkilərə partiya daxilində fraskiyanın hər biri özünün siyahısı ilə getmişdi. Seçki təbliğatı ərəfəsində isə partiya hər hansı təbliğat işi aparmırdı. Onların keçirdikləri son mitinqlərində isə cəmi 200-ə yaxın insanın toplanması partiyanın maksimal gücünü göstərdi. Hesab edirəm ki, İsa Qəmbərin, Arif Hacılının seçkilərdən geri çəkilməsi, həm də onların xaricdən aldıqları müəyyən təlimatlarla bağlıdır. Çünki Müsavatın və bir neçə radikal siyasi partiyanın fikirləri xaricdəki anti Azərbaycan mərkəzlərinin fikirləri ilə üst-üstə düşür. Bu gün Müsavat partiyasının Azərbaycanda hansısa siyasi nüfuzundan danışmağa dəyməz. Cəmiyyət birmənalı şəkildə seçkiyə köklənib. Artıq 2 gündən sonra Azərbaycan Respublikası Milli Məclisi ən dəyərli oğlan və qızları ilə formalaşacaq".

sia.az

Digər xəbərlər