PDF Oxu

Siyasət

  • 32

Nürəddin Məmmədli: "Razi Nurullayevin hərəkətləri bizə qarşı yönələn şərin, böhtanın davamıdır" AÇIQLAMA

Nürəddin Məmmədli: "Razi Nurullayevin hərəkətləri bizə qarşı yönələn şərin, böhtanın davamıdır" AÇIQLAMA

"Razi Nurullayevin onları əsl AXCP kimi tanınması ilə bağlı Ədliyyə Nazirliyinə müraciətlərinin heç bir hüquqi əsası yoxdur. Siyasi partiyalar haqqında qanuna görə eyni adda iki siyasi partiya ola bilməz". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nürəddin Məmmədli Razi Nurullayevin rəhbəri olduğu qurumun oktyabrın 18-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinə münasibətini açıqlayarkən deyib.Sədr müavini qeyd edib ki, AXCP Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və hazırda mövcuddur: "Uzun illərdir ki, bu partiya fəaliyyət göstərir. Bu baxımdan da hesab edirəm ki, Razi Nurullayev nə qədər çalışsa da bu ada sahib ola bilməyəcək. AXCP-yə qarşı belə cəhdlər zaman-zaman olub. Bu gün gündəmə gətirilən bu cür xəbərlər bizə yönəlmiş şantajın, təxribatın yeni detalıdır".

sia.az

Digər xəbərlər