PDF Oxu

Siyasət

  • 42

Elman Nəsirov: “Münaqişənin yatırılmasında ciddi addım atılmır”

Elman Nəsirov: “Münaqişənin yatırılmasında ciddi addım atılmır”

"ATƏT-ə sədrlik 2016-cı ilin yanvarın 1-dən etibarən Almaniyaya keçəcək. Almaniya Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə komissarı Anreas Peşke ATƏT-ə sədrlik etdiyi müddətdə Almaniya Minsk qrupunun fəaliyyətinə yardım edəcəyi barədə bəyanat verib". Bunu SİA-ya açıqlamasında politoloq Elman Nəsirov söyləyib.Politoloq bildirib ki, ATƏT-ə sədrlik etməyə başlayan dövlətlərin nümayəndələri belə bəyanatlar tez-tez verirlər: "Onlar bildirirlər ki, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin konfliktləri ilə bağlı konkret töhfələr verəcəklər. Belə ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlı hər dəfə ATƏT-ə yeni sədrlik edən tərəflərin analoji mövqeyinin şahidi olmuşuq. Təbii ki, ATƏT-ə sədrlik edən tərəf münaqişənin həlli ilə bağlı daha geniş imkanları olur. O səbəbdən ki, Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını 1992-ci ilin mart ayından üzərinə götürüb və ATƏT-in tərkibində yaranıb. Hesab edirəm ki, Almaniyanın bu münaqişənin yatırılmasında imkanları var. Məsələ ondadır ki, sözügedən münaqişə o qədər qəlizdir ki, bir çox hallarda tərəflər münaqişənin həllinə getməmişdən öncə daha gərgin görünürlər. Ancaq münaqişə ilə bağlı real vəziyyətə daxil olduqdan sonra onlarda ümid əhvalı güclənmiş olur. Münaqişənin yatırılması ilə bağlı ciddi addım atılmır. Bu da nəticə etibarilə verilmiş bəyanatların siyasi çəkisinin sıfıra endirir. Almaniya güclü dövlətdir. Belə ki, 28 dövləti özündə birləşdirən Avropa İttifaqının iki güclü dövlətindən biridir. Almaniya Avropa İttifaqında ən böyük iqtisadi potensiala malik olan və eyni zamanda dünya siyasəti və hərbində gücləri möhkəmlənməkdədir. Almaniyanın bu dövrlər ərzində sözügedən məsələnin həllində elədə böyük rolu olmayıb. Almaniya ATƏT-in Minsk qrupunun 11 üzvündən biridir. Bu nöqteyi nəzərdən o güc olaraq da münaqişənin həllində müəyyən töhfələr verə bilərdi. Ancaq təəssüf ki, bir çox hallarda Almaniya tərəfi bu məsələlər ilə bağlı pozitiv fikirlər səslənsə də nəticə etibarilə vəziyyət dəyişmir. Ona görə də düşünürəm ki, ATƏT-ə Almaniyanın sədrliyi ilə başlaması münaqişənin həlli ilə bağlı imkanları artıra bilər. Yalnız bu Almaniya üçün vacib məsələyə çevrilərsə, sözügedən bəyanatın nəticəsi ola bilər. Əgər bu, bəyanat xətrinə səslənirsə təəssüf ki, bu vəziyyətin hər hansı formada dəyişməyinə Almaniyanın sədrlik etdiyi dövrə düşəcəyinə olan ümidlər azalır".

sia.az

Digər xəbərlər