Azərbaycanda parlament seçkiləri yaxşı təşkil edilib. Bunu jurnalistlərə Rumıniya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Razvan Çinka deyib.
Onun sözlərinə görə, Azərbaycanda parlament seçkilərinin təşkili barədə çox yaxşı təəssüratları var: "Seçki komissiyalarının üzvləri məhz nə etməli olduqlarını bilirlər".
R.Çinka qeyd edib ki, Azərbaycanda təkrar səsvermənin qarşısını almaq üçün bütün tədbirlər görülür: "Seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb. Gələcəkdə Rumıniyada tətbiq etmək üçün bu təcrübəni öyrənməyi istərdim".
yap.org.az