PDF Oxu

Siyasət

  • 31

Pakistan Parlamentinin nümayəndə heyəti seçki prosesini izləyib

Pakistan Parlamentinin nümayəndə heyəti seçki prosesini izləyib

Pakistan Parlamentinin nümayəndə heyəti bu gün səhər saatlarında 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində, 20 saylı Nərimanov Seçki Dairəsinin 5, 6 saylı məntəqələrində və 19 saylı Nərimanov Seçki Dairəsinin 20 saylı məntəqəsində öz müşahidələrinə aparıblar. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Samina Abid, Lt Gen Retd Syed Salahuddin Tirmizi daxildir.Seçki prosesini izləyən nümayəndələr seçki ab-havasının yüksək olduğunu qeyd ediblər: "Biz buradakı seçkiləri öz ölkəmizlə müqayisə etdik. Seçkilər əhalinin aktivliyi ilə müşahidə olunur. Proses tam demokratik və şəffaf şəkildə həyata keçirilir ki, bundan da öz məmnunluğumuzu bildiririk. Hesab edirik ki, başqa dövlətlər də məhz Azərbaycanın seçici təcrübəsindən nümunə götürməlidirlər".Müşahidəçilər seçkiləri yüksək dəyərləndirdiklərini diqqətə çatdırıblar.

sia.az

Digər xəbərlər