PDF Oxu

Siyasət

  • 16

GORANBOYDA SEÇİCİ FƏALLIĞI MÜŞAHİDƏ OLUNUB

GORANBOYDA SEÇİCİ FƏALLIĞI MÜŞAHİDƏ OLUNUB

1 noyabr 2015 –ci il tarixdə Goranboy rayonu ərazisində yerləşən 96 saylı Goranboy –Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindəki seçki məntəqələrində seçicilər yüksək əhval-ruhiyyə ilə məntəqələrə gələrək ən layiqli namizədlərə səs veriblər. 96 saylı Goranboy-Naftalan Seçki Dairəsi ərazisində 40 seçki məntəqəsi və 32535 nəfər seçicisi, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi ərazisində isə 28 məntəqə 20719 nəfər seçicisi var.

Seçici Əliyeva Aynur Şanqulu qızı seçkilərin demokratik şəkildə keçirildiyini bildirib, seçki zamanı heç bir pozuntuya yol verilmədiyini qeyd edib.

Seçici Nafiqə Ələkbərova seçkinin yüksək səviyyədə keçirildiyini qeyd etdi.

Seçici Nübar Rəcəbova, Məzahir Zeynalov və Akşin Zeynalov seçkilərə ailə üzvlərilə birgə gələrək, respublikamızın inkişafına öz əməli töhfəsini verə bilən ən layiqli namizədə səs verdiklərini bildirdilər və öz seçimlərinə düzgün rəy verdiklərini qeyd ediblər.

Digər xəbərlər