PDF Oxu

Siyasət

  • 33

Yasamal seçki dairələrində seçkilər tam demokratik keçirilib

Yasamal seçki dairələrində seçkilər tam demokratik keçirilib

2015-ci il 1 noyabr parlament seçkiləri bütün Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edir. Dünən saat 08:00-da Azərbaycan Dövlət Himninin səsləndirilməsilə bütün seçki məntəqələri açıq elan olundu. Seçicilər öz namizədlərinə səs vermək üçün məntəqələrə yollandılar. Elə biz də "SƏS" qəzeti olaraq Yasamal rayonu ərazisində yerləşən seçki məntəqələrində olduq və seçici aktivliyini müşahidə etdik. 16 saylı Yasamal II Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində elə səhər saatlarından başlayaraq seçici aktivliyi müşahidə olunurdu. 3 saylı məntəqənin sədri Ziyavər Əhmədova "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, adıçəkilən məntəqədə 1433 seçici var: "Bu seçicilərin, demək olar ki, böyük faizi artıq səsvermədə iştirak edib. Vətəndaşlar müşahidəçilərin və veb-kameraların nəzarəti altında istədiyi namizədə səs veriblər. Məntəqəmizdə heç bir qanun pozuntusu qeydə alınmayıb. Bir sıra partiyalardan olan müşahidəçilər bunu təsdiq edərlər".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 16 saylı Yasamal II Seçki Dairəsinin 3 saylı məntəqəsində təmsil olunan müşahidəçi-nümayəndəsi Elmar Dadaşov qəzetimizə açıqlamasında qeyd etdi ki, seçicilərlə, hətta ünsiyyət qurmağa belə gərək qalmır: "Çünki hər şey nəzarət altındadır. Kim hansı namizədi istəyirsə, səs verir. Məntəqədə heç bir qanun pozuntusu qeydə alınmayıb. Xarici müşahidəçilər də bunun şahidi oldular ki, Azərbaycanda oturuşmuş seçki sistemi, demokratik seçki mühiti mövcuddur. Hazırda bütün dünya bunun şahididir".

16 saylı Yasamal Seçki Dairəsinin 15 və 16 saylı məntəqələrində də elə ilk saatlardan seçici aktivliyi müşahidə olunurdu. 15 saylı məntəqə sədrinin sözlərinə görə, 15 saylı seçki məntəqəsində 1315 seçicisi var: "İnsanlar məntəqəyə daxil olaraq səslərini verirlər. Heç bir qanun pozuntusu, hətta xırda narazılıq belə qeydə alınmayıb". Eyni zamanda, 15 saylı Yasamal Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində seçici izdihamı yaşanırdı. Məntəqədə 1485 seçici var. Müşahidəçilərin bildirdiklərinə görə, adıçəkilən məntəqədə qanuna ziddi heç bir hərəkət baş verməyibdir".

12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 26 saylı seçki məntəqəsində isə xüsusi izdiham müşahidə olunurdu. Məntəqə sədri Ətir Muradovanın bildirdiyinə görə, məntəqədə 1318 seçici var: "Hələ səhər saatlarında seçicilərin böyük hissəsi səslərini vermişdilər. Hər şey normaldır, heç bir qanun pozuntusu qeydə alınmayıb". Müşahidəçi BQB üzvü İspəndiyar Əhmədov vurğulayıb ki, müxalifət partiyasının nümayəndəsi olaraq heç bir qanuna ziddi hərəkətin şahidi olmayıb". Adıçəkilən dairənin 27 saylı məntəqəsində AXCP üzvü olan müşahidəçi Kamil Mehdiyev "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, saat 08:00-dan müşahidə aparır: "İnsanlara heç kim təzyiq eləmir, hər kəs gözümüzün qarşısında seçki bülleteni götürür və sərbəst şəkildə səs verir. Heç bir qanun pozuntusu da qeydə alınmayıb".

Ekspert Vüqar Əsgərov da Yasamal seçicilərinin arasında idi. Qəzetimizə danışan ekspert vurğuladı ki, mən də Yasamal seçicisiyəm: "Yasamal rayonunda yaşayıram. 15 saylı Yasamal Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində səsimi istədiyim namizədə etibar etdim. Seçkilər çox demokratik şəraitdə keçirilib. Ailəmlə birlikdə səs verdik. Xarici müşahidəçilərlə də səmimi söhbətlərim oldu. Onlar da Azərbyacanda keçirilən seçkilərdən öz məmnunluqlarını ifadə etdilər".

Samir

Digər xəbərlər