PDF Oxu

Siyasət

  • 26

Xarici müşahidəçilər Azərbaycandakı seçkilərdən danışdılar

Xarici müşahidəçilər Azərbaycandakı seçkilərdən danışdılar

İCAPP təşkilatının nümayəndəsi: "Azərbaycanda demokratik seçki mühiti mövcuddur"

Abdul Marten Kasru: "Azərbaycanda gördüyüm seçki şəffaflığını Banqladeşdə danışacam"

Dünən Azərbaycan Milli Məclisinə seçkilər keçirildi. Bu seçkiləri yerli müşadəçilərlə bərabər beynəlxalq təşkilatların, müxtəlif dövlətlərin nümayəndələri də izləyiblər. ATƏT İCAP təşkilatının nümayəndəsi, koreyalı Conq Yenq Yunq 29 saylı Səbail Seçki Dairəsinin 2 saylı məntəqəsində olub. Conq Yenq Yunq "SƏS" qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda çox demokratik seçki mühiti mövcuddur: "Azərbaycanda seçki sisteminin üstünlüyü ondan ibarətdir ki, seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Seçicilər insanların nəzarətindən başqa həm də kamera vasitəsi ilə istədiyi namizədə səs verib, dəstəklədikləri şəxsi parlamentdə görmək istəyirlər. Yəni seçki məntəqlərində hər hansı bir xoşagəlməz hadisənin baş verməsi qeyri-mümkündür. Görünən budur ki, Azərbaycan hökuməti vətəndaşların tam sabitlik şəraitində səs verməsi üçün bütün zəruri addımları atmışdır". Müşahidələrimiz zamanı bu qənaətə gəldik ki, Azərbaycanda zəngin seçki təcrübəsi formalaşmışdır. O, həmçinin Azərbaycanda seçki prosesini izləməkdən məmnunluq duyduğunu ifadə edib.

Banqladeşdən olan hakim partiyanın nümayəndəsi Abdul Maten Kasru 1 noyabr parlament seçkilərini müşahidə edib və "SƏS" qəzetinə açıqlamasında müşahidəsinin nəticəsi olaraq diqqətə çatdırıb ki, Pakistanla Azərbaycan seçki sistemi arasında həm fərqli, həm də oxşar cəhətlər var: "Azərbaycan seçki sistemi daha müasir və demokratik dəyərləri özündə ehtiva edir. Belə ki, şəffaf qutulara seçdikləri namizədlərin adlarını bülletenə qeyd edərək atırlar. Həm də Azərbaycanda çoxpartiyalılıq mövcuddur. Biz seçki bülleteninə baxdıq, burada bir neçə partiyanın namizədlərinin adları vardı. Bu da onu göstərir ki, Azərbaycanda demokratik sistem mövcuddur. Həmçinin, insanların və xalqın mənafeyinə uyğun seçki sistemi formalaşdırılıb".

Azərbaycanda keçirilən seçkiləri izləmək üçün bir sıra seçki məntəqələrində müşahidə aparan Banqladeş hakim partiyasının nümayəndəsi Abdul Maten Kasru onu da qeyd edib ki, müşahidə etdikləri proses olduqca ürəkaçandır: "İnsanlar xoş əhval-ruhiyyə ilə seçki məntəqlərinə gələrək namizədlərə səs verirlər. Burada müşahidə etdiklərimi mən böyük məmnunluq hissi ilə Banqladeşdə danışacam. Banqladeş parlamentinə seçkilər 300 dairə üzrə keçirilir. Bunlardan 250 nəfəri kişi, qalanı isə qadın namizədlərdir. Azərbaycanda isə tamamilə fərqlidir. İstənilən şəxs namizədliyini verə, seçilə bilər. Vətəndaşların qarşısında heç bir limit qoyulmayıb. Mən Azərbaycanda tam şəffaflıq gördüm. İnanıram ki, parlamentdə xalqın səs verdiyi namizədlər təmsil olanacaqlar".

Samir

Digər xəbərlər