PDF Oxu

Siyasət

  • 46

Demokratik seçki ənənəsinə növbəti nümunə

Demokratik seçki ənənəsinə növbəti nümunə

Səbail seçiciləri azad və demokratik seçkilərə dəstək verdilər

Azərbaycanda keçirilən və dünya standartlarına cavab verən 1 noyabr parlament seçkiləri növbəti 5 ildə ölkəmiz üçün əsl uğur təntənəsi olacaqdır. Bunu ayrı-ayrı seçki məntəqələrində səsvermə zamanı bir daha müşahidə etdik.

Səbaillilər bu seçkilərdə də fəal şəkildə, mütəşəkkil olaraq iştirak etdilər

Səbail rayonunda da 1 noyabr parlament seçkiləri böyük ruh yüksəkliyilə keçirildi. Seçkiləri müşahidə edən yerli və xarici təşkilat nümayəndələrinin, eləcə də, sıravi vətəndaşların gəldiyi qənaətə görə, Azərbaycanda keçirilən əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilər də şəffaf və demokratik keçirildi.

29 saylı Səbail Dairə Seçki Komissiyasının sədri Cahangir Məmmədovun verdiyi məlumata görə dairə ərazisində 38580 nəfər seçici qeydiyyatdadır: "Onlardan 357 nəfəri ilk dəfə səs verən gənclərdir. Dairə ərazisində 30 məntəqə yaradılmış və bütün lazımi ləvazimatlarla təmin olunmuşdur. Məntəqə üzvləri Dairə Seçki Komissiyasında treninq və toplantılarda iştirak etmiş, seçki qanunvericiliyi və seçki prosseslərilə bağlı təlimatlandırılmışlır. Əlavə olaraq qanunvericiliyə uyğun olaraq seçkiyə 5 gün qalmış rayonda yerləşən hərbi hissələrdə 2 yeni seçki məntəqəsi da yaradılmışdır".

C.Məmmədov onu da məlumat verdi ki, dairə ərazisindəki məntəqlərdə 12 veb-kamera quraşdırılmışdır. Hər bir məntəqənin qarşısında təbliğat lovhələri qurulmuş, rayon ərazisində namizədlərin təbliğatilə bağlı açıq və qapalı görüş yerləri müəyyənləşdirilmiş, görüşlərin keçirilməsi üçün müavfiq şərait yaradılmışdır.

29 saylı Səbail Seçki Dairəsinin 2 saylı məntəqəsinin sədri Fikrət Əzizov bildirdi ki, dairə üzrə 1289 seçici var ki, onlarında 60 faizi saat 17:55-ə qədər məntəqələrə gələrək, səsvermədə iştirak ediblər: "Hər bir seçki zamanı seçicilərimiz yüksək əhval-ruhiyyədə olurlar. Ölkəmizdə keçirilən əvvəlki seçkilərdə olduğu kimi, 1 noyabr parlamentə keçirilən seçkilərdə də səbaillilər aktivlik nümayiş etdirdilər. Seçkilərə hazırlıq yüksək səviyyədə aparıldığı üçün prosesin gedişində hər hansı bir nöqsanın baş verməsi müşahidə olunmadı".

29 saylı Səbail Dairə-Seçki Komissiyasının 4 saylı məntəqəsi şəhərin mərkəzindəki 132-134 saylı Təhsil Kompleksində yaradılmışdır. Məntəqənin sədri Lalə Əliyeva bildirdi ki, 4 saylı seçki məntəqəsində 1014 seçici səs verəcəkdir ki, onların 7 nəfəri ilk dəfə səs verir: "Məntəqədə seçki prossesilə bağlı hər cür şərait yaradılıb. 14 nəfər müşahidəçi qeydiyyatdan keçib. məntəqədə veb-kamera quraşdırılmışdır".

Lalə Əliyeva onu da vurğuladı ki, məntəqədə Seçki Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra başlandı. Seçki qutuları məntəqə üzvləri tərəfindən yoxlandıqdan sonra təlimata uyğun olaraq möhürləndi: "Məntəqədə seçki başlanan kimi ilk səs verənlər Azərbacan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Elmira Süleymanova, əməkdar müəllim Sara Xanlarova, Səbail rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov və başqaları səs verdilər".

Onu da qeyd edək ki, məntəqələrdə müşahidəçilik aparan respublika ərazisi üzrə müşahidəçilər də bu prosesin şəffaf keçirildiyini vurğulayıblar. Belə ki, respublika ərazisi üzrə müşahidəçilik edən Təranə İsmayılova qəzetimizə açıqlamasında bildirdi ki, 1, 2, 4, 6 və digər saylı məntəqələrdə seçki kampaniyasının demokratikliyini, aşkarlığını təmin etmək üçün hər cür şərait yaradılıb: "Seçicilərin seçimlərini düzgün həyata keçirmələri üçün hər cür şərait yaradılıb. Buna ölkəmizdə olan xarici müşahidəçilər də bir daha şahid olublar. Məntəqələrdə veb-kameraların quraşdırılması, texniki avadanlıqların təmini, seçicilərin rahat şəkildə səs vermələri üçün məntəqələrdə yaradılmış gözəl mühit bütün bunları bir daha təsdiq edir."

Bu seçkilər Azərbaycanda seçkilərin keçirilməsi tarixinə azad və ədalətli seçkilər kimi düşəcək

Bu fikirləri seçicilər bizimlə söhbət zamanı bildirdilər

Tənzilə Heydərova (evdar qadın):

- Seçki normal keçir. Seçicilərin məntəqəyə gəlmələrində də heç bir problem yoxdur. Hər kəs gəlib özü inandığı namizədə səs verir. Yəni hansısa müdaxilədən söhbət belə gedə bilməz.

Aydın Əzizov (həkim):

- Sakit və düzgün seçki prosesi keçirilir. Hər şey normaldır. Seçkinin gedişinə hansısa qurum tərəfindən heç bir müdaxilə yoxdur. Bu seçkilər Azərbaycanda seçkilərin keçirilməsi tarixinə azad və ədalətli seçkilər kimi düşəcək.

29 saylı Səbail Seçki Dairəsinin 1 saylı məntəqəsinin sədri Şükufə Əzizova "Səs" qəzetinə açıqlamasında bildirib ki, bu saata qədər dairə üzrə qeydiyyatda olan 1306 nəfər seçicinin 50,3% səsvermədə iştirak edib.

SABUNÇU

Sabunçu seçiciləri böyük cöşqu ilə məntəqələrə axın ediblər

Sabunçu rayonunda da növbəti parlament seçkiləri uğurla başa çatıb. Seçicilərin fəallığı da bir daha sübut etdi ki, Azərbaycanda bütün seçkilər demokratik və şəffav keçirilir. Xüsusilə də, bütün dairələrdəki məntəqələrdə seçkilərlə bağlı aparılan hazırlıq işləri 1 noyabrda keçirilən növbəti parlament seçkilərində vətəndaşların öz seçki hüququndan lazımı şəkildə yararlanması üçün mühüm şərait yaratmış oldu. Belə ki, aparılan maarifləndirmə işi və uğurlu seçki kampaniyası seçicilərin növbəti prosesdə rəylərinin formalaşdırmasında mühüm rol oynadı.

Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasət seçkilərin şəffaflığına şərait yaratmışdı. Bunun Sabunçu rayon ərazisində olan mənətəqələrdə olarkən, yaxından şahidinə çevrildik. Qeyd edək ki, Sabunçu rayonunda 3 dairə, 26 saylı Sabunçu-Birinci Seçki Dairəsində 34 məntəqə, 27 saylı Sabunçu-İkinci Seçki Dairəsində 37 məntəqə, 28 saylı Sabunçu - Üçüncü Seçki Dairəsində 33 seçki məntəqəsi var və üç dairədə 143 min 602 seçici qeydiyyata alınıb.

26 saylı Sabunçu Birinci Seçki Dairəsinin 1 saylı seçki məntəqəsinin sədri Qiyasova Elmira bizimlə söhbətində qeyd etdi ki, seçici fəallığı bir daha sübut etdi ki, vətəndaşlar ölkədəki seçki prosesində yaxından iştirak etməklə, həm də öz vətəndaşlıq borclarını yerinə yetirirlər.

Seçkiləri müşahidə edən yerli müşahidəçilər də qeyd etdilər ki, prosesdə heç bir qeyri-qanuni hallara yol verilməyib və seçkilər uğrula başa çatdırılmaq üzrədir.

Xarici müşahidəçilərin də rəyləri çox müsbət oldu. Belə ki, MDB müşahidə missiyasının üzvü Şuk Deniz Azərbaycan dövlətinin seçkilərin demokratik, azad və aşkarlıq şəraitində keçirilməsi üçün yaratdığı şəraitdə razılığını ifadə etdi. Bildirdi ki, seçki məntəqələrinin əksəriyyətində olub. Heç bir qanun pozuntusu ilə rastlaşmayıb.

26 saylı Sabunçu Birinci Seçki Dairəsi 29 saylı seçki məntəqəsinin sədri Qurbanov Asif qeyd etdi ki, seçkilər tam demokratik şəraitdə keçirilib. Belə ki, məntəqələrdə müvafiq texniki avadanlıqlar quraşdırılıb. Seçicilər səs verərkən, bu prosesi çox rahatlıqla həyata keçirirlər.

A.Qurbanov onu da bildirdi ki, bütün bunlar dövlətin yaratdığı təməl prinsipləridir və dövlət şəffaf seçkilərin keçirilməsi istiqamətində bütün imkanlarından maksimum istifadə edib.

28 saylı seçki məntəqəsinin sədri Elmira Qiyasova, 29 saylı seçki məntəqəsinin sədri İlahə Axundova da bizimlə söhbətlərində seçkilərin demokratik şəraitdə keçirildiyini bildiriblər.

Beləliklə, bir daha sübut olunub ki, Azərbaycanda mövcud olan demokratik şərait seçkilərin şəffaf keçirilməsilə bir daha öz təsdiqini tapdı.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər