Günortayadək Lənkəranda bir neçə məntəqədə olmuşam. Seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir. Yağmurlu hava şəraitinə baxmayaraq, seçicilər səsvermə prosesində həvəslə iştirak edirlər. Bu fikirləri azərtac-a Lənkəran rayonunda parlament seçkilərini müşahidə edən Almaniyanın "Yaşıllar" Partiyasının nümayəndəsi Elizabet Aytman bildirib.
Azərbaycanda ilk dəfədir ki, belə bir məsul missiyanı yerinə yetirdiyini vurğulayan xanım Elizabet Aytman deyib: "Hər hansı qanun pozuntusu ilə rastlaşmamışam. Doğrudur, seçicilərin bəziləri şəxsiyyət vəsiqələrini unutsalar da, sonradan vəsiqə ilə gəlib səs verirdilər".
Lənkəran rayonunun bir sıra seçki məntəqələrində səsvermənin gedişini izləyən "exit-poll"un təmsilçiləri də seçicilərin həm seçkidə, həm də "exit-poll"da fəal iştirak etdiklərini bildiriblər.
sia.az