PDF Oxu

Siyasət

  • 31

Nəsimi rayonunda seçkilər şəffaf keçirilib

Nəsimi rayonunda seçkilər şəffaf keçirilib

1 noyabr tarixində ölkəmizdə növbəti dəfə keçirilən parlament seçkiləri Azərbaycanda mövcud olan demokratik ənənələrə, Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında baş tutdu. Parlament seçkilərinin azad və demokratik şəkildə başa çatdırmaq üçün yaradılan hər cür şərait və qanunvericilik bazası, səsvermə prosesinin veb-kameraların nəzarəti altında aparılması, xarici ölkələrin, eləcə də həm müxalifətin, həm iqtidarın, həm də qeyri-hökumət təşkilatlarının və müstəqil müşahidəçilərin iştirakilə keçirilməsi ölkəmizdə demokratik mühitün mövcudluğunu bir daha təsdiqləmiş oldu.

Ölkəmizin hər bir yerində olduğu kimi, Nəsimi rayonunda da seçkilər demokratik prinsiplər əsasında təşkil onmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda seçki məntəqələri müasir texniki avadanlıqlarla təchiz olunub, seçicilərin demokratik şəraitdə səs vermələri üçün yüksək imkan yaradılıb. Qeyd edək ki, Nəsimi rayonu ərazisində 3 dairə, 78 məntəqə fəaliyyət göstərir; 21 saylı Nəsimi I DSK – 29 məntəqə, 33368 seçici; 22 saylı Nəsimi II DSK – 28 məntəqə, 38160 seçici; 23 saylı Nəsimi-Səbail DSK – 21 məntəqə, 11043 seçici. Nəsimi rayonunda seçicilərin ümumi sayı 82900 nəfərdir. Dünən səhər 8:00-dan dairə üzrə bütün məntəqələrdə səsvermə prosesinə start verilib. Rayon ərazində mövcud dairələrin bir çox məntəqələrində olduğumuz zaman səsvermənin gedişini izlədik və ümumilikdə, heç bir gərginliyin müşahidə olunmadığının, seçkilərin şəffaf və qanunlara uyğun şəkildə keçirildiyini bir daha gördük. Təşkilatçılığın yüksək səviyyədə olması deməyə əsas verir ki, Azərbaycanda keçirilən parlament seçkiləri bir çox Avropa ölkəsi üçün nümunə sayıla bilər. Demokratik və şəffaf seçkilər inkişafın göstəricisidir. Bu günə qədər respublika ərazisində əhalinin maarifləndirilməsi, düzgün istiqamətləndirilməsi yönümündə aparılan təbliğat və təşviqat öz nəticəsini verdi. Nəsimi rayonunda mövcud olan dairələrdə hər bir seçici ona təqdim olunan bülletini alaraq, öz seçdiyi və etimad göstərdiyi namizədə səs verməklə seçkilərin şəffaf və ədalət prinsipinə uyğun olaraq həyata keçirildiyini təsdiqlədi.

21 saylı Nəsimi 1-ci Seçki Dairəsin məntəqələrində seçici fallığı, xoş ab-hava hiss olunurdu. Seçicilər fəal şəkildə öz səsvermə hüquqlarından yararlanarq seçimlərini edirdilər. Dairənin 17 saylı məntəqəsinin sədri Şirinova Zafta 1251 seçicinin qeydiyyatda olduğunu bildirdi: "Müxtəlif partiyaları və ictimai təşkilatları təmsil edən müşahidəçilər məntəqəmizdən seçicilərə nəzarət edirlər. Mən deyərdim ki, bu gün baş tutan seçki olduqca demokratik prinsiplərə əsaslanır və seçicilərin vətəndaş olaraq seçimində yüksək fəallıq etməsi müstəqil Azərbaycanın seçicilərini azad seçim hüququnu təsdiqləyən bir faktordur".

Müstəqil müşahidəçi Həsənov Nihad isə builki parlament seçkilərinin çox yüksək səviyyədə keçirildiyini diqqətə çatdırdı: "Səhər məntəqə açılan vaxtdan buradayıq. Bütün proseslər göz önündə baş verir. Seçicilər bu günə qədər seçkilərdəki təcrübələrindən yararlanaraq, öz rəylərini müstəqil ifadə etməkdən çəkinmirlər".

16 saylı məntəqənin sədri Kərimova Məlahət məntəqədə 1226 nəfər seçicinin qeydiyyatda olduğunu vurğuladı. Səhərdən başlanan seçki prosesinin, heç bir qanun pozuntusu ilə qeydə alınmadığını bildirərək müşahidəçilərin, məşvərətçilərin nəzarətində reallaşan seçkinin olduqca aktiv bir şəkildə keçdiyini bildirdi. Bu məntəqədə Pakistan parlamentinin üzvləri də öz müşahidələrini aparırdılar. Pakistan parlamentinin üzvü Mirkabir Axmed və Nizat Sadiq seçki mühitindən razılıqlarını ifadə edib və insanların azad şəkildə şəxsiyyət vəsiqələrini təqdim etməklə səsvermədə iştirak etdiklərini bildirdilər. Nizad Sadiq qeyd etdi ki, o, bir neçə dəfə Azərbaycanda olub və müəyyən proqramların həyata keçirilməsində iştirak edib. Azərbaycandakı ictimai mühit, əhalinin aktivliyi və seçicilərdə fəallığı onun xoşuna gəlib. Mirkabir Axmed isə artıq bir neçə məntəqədə olduğunu bildirdi və qeyd etdi ki, Pakistanda əhalinin sayının çox olmasına baxmayraraq, Azərbaycandakı kimi seçki fəallığı müşahidə olunmur. Onun sözlərinə görə, Pakistanda hələ də insanların barmağına çernel vurulur, ancaq Azərbaycanda daha müasir üsullardan istifadə edilir.

15 saylı məntəqənin sədri Hüseynova Məlahət məntəqədə 1310 nəfər seçicinin qeydiyyatda olduğunu söylədi:"Seçicilərin fəallığı, müstəqil seçimi, bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də uğurla davam etdiyini göstərir. Səhər saatlarından başlayaraq, seçicilər məntəqələrə gəlib seçimlərində aktivlik göstərirlər. Müxtəlif təşkilat və qurumları təmsil edən müşahidəçilərin, məşvərətçilərin təmsilçiliyilə keçirilən seçkilərdə obyektivlik özünü göstərir. Seçicilər Seçki Məcəlləsində nəzərdə tutulmuş müvafiq qanunvericiliyə əsasən, bütün prosesləri ardıcıllıqla qoruyaraq, öz seçki bülletenlərini məntəqələrdə qoyulmuş qutulara atırlar. Bu məntəqədə onlar üçün tam şərait yaradılıb və hər bir seçici bütövlükdə nəzarət altındadır".

23 saylı Nəsimi-Səbail dairəsinin 14 saylı məntəqəsində də eyni hal hiss olunmaqda idi. Məntəqənin sədri Mehdiyev Fəridin sözlərinə görə, 1376 seçici bu məntəqədə qeydiyyatdadır. Bu məntəqədə olan xarici müşahidəçilərdən Türkmənistan təmsilçisi Anna Durdiyev Amangeldi bildirdi ki, müşahidə prosesində gördükləri Azərbaycanda parlament seçkilərinin Avropa dəyərlərinə və standartlarına uyğun keçirilməsini söyləməyə əsas verir:"Azərbaycanda səsvermənin təşkili prosesində ən müasir texnologiyalardan istifadə demokratik seçki mühitini möhkəmləndirir. Bunu irəliyə doğru atılan addım kimi dəyərləndirirəm. Seçkilərdə həm müxalifətin, həm iqtidarın nümayəndələrinin, həm də bitərəflərin namizəd qismində iştirakı ölkədə aktiv seçki mühiti olduğunu təsdiqləyir".

22 saylı 2-ci Nəsimi 27 saylı məntəqədə olduğumuz zamanda eyni mənzərəni mühadidə etdik. Məntəqənin sədri Bəxtiyar Ağakişiyev 1235 seçicinin qeydiyyatda olduğunu bildirdi. Tələbə-gənclər təşkilatının müşahidəçisi Əzimli Aynur, Mərhəmət və Kimsəsizlərə Yardım təşkilatının sədri İradə Polad heç bir qanun pozuntusu qeydə alınmadığını bildirdilər. 22 saylı məntəqənin sədri Hacıyeva Gülşən də seçkilərin gedişindən razılığını bildirdi. 1152 seçicinin məntəqədə qeydiyyatda olduğunu bildirərək seçicilərin fəallığından razılığını dilə gətirdi.

Rusiya Dövlət Dumasının üzvü Anna Kuznina Vladimirovna ilə 22 saylı Nəsimi 2-ci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində rastlaşdıq. Rusiya Dövlət Dumasının üzvü seçkilə bağlı iradlarının olmadığını, hər şeyin azad və demokratik şəkildə keçirildiyini vurğuladı. Qeyd etdi ki, seçki məntəqələrinin müasir texnologiyalarla təmin olunması və insanların kütləvi şəkildə məntəqələrə gələrək, səsvermədə iştirak etmələri Azərbaycan xalqının demokratik prinsiplərə sadiq olduğunu göstərir. 22 saylı Nəsimi 2-ci Seçki Dairəsinin 22 saylı məntəqəsində seçki prosesini müşahidə edən AXCP-dən olan müşahidəçi Rəfiyev Səxavət hər şeyin normal axarilə getdiyini, hər hansı bir qanun pozuntusu ilə rastlaşmadığını bildirdi:"Etiraf olunmalıdır ki, seçkilər yüksək səviyyədə təmin olunub. İnsanların azad şəkildə öz iradələrini ifadə etmək üçün məntəqədə hər bir şərait yaradılıb".

YAP təmsilçisi Akif Ələkbərov isə parlament seçkilərinin Azərbaycanda çox demokratik bir şəkildə keçirildiyini ifadə etdi. Onun sözlərinə görə, müstəqil dövlətimizdə seçkilərin şəffaf və demokratik normalar əsasında keçirilməsi demokratiyanın təntənəsi kimi qeyd olunmalıdır: "Bütün seçicilər, demək olar ki, bütövlükdə, ailə üzvlərilə seçki məntəqələrinə gəlib fərdi olaraq səsini verir. Mən deyərdim ki, artıq Azərbaycanda yüksək səviyyədə seçki mədəniyyəti formalaşıb. Bu əhali arasında aparılan maarifləndirmə işinin məntiqi nəticəsidir".

Digər xəbərlər