PDF Oxu

Siyasət

  • 26

Tarixi məsuliyyətin dəyərli qiyməti

Tarixi məsuliyyətin dəyərli qiyməti

Dünən Azərbaycanın müstəqillik tarixində növbəti parlament seçkiləri keçirildi. Yüksək seçici fəallığilə baş tutan seçkiləri çoxsaylı yerli və xarici müşahidəçilər izlədilər. Gəlinən qənaət, verilən qiymət isə yenə də dəyişməz oldu: seçkilər azad və demokratik şəkildə, beynəlxalq hüquq normaları əsasında keçirilib. 1 noyabr Milli Məclisə keçirilən seçkiləri müşahidə etmək üçün paytaxt Bakının bir neçə rayonunda seçki məntəqələrində olduq. 19 saylı Nərimanov 1-ci Seçki Dairəsinin 20 saylı məntəqəsinin sədri Qasım Qasımovun qəzetimizə verdiyi məlumata görə, seçkilər tam demokratik, şəffaf keçirilir: "Ərazi üzrə siyahıda 1304 nəfər seçici qeydə alınıb: "Səhər saatlarında seçicilərin aktivliyi yüksək idi. Artıq səhər məntəqələr açılandan bir saat ərzində 250 seçici öz səsvermə hüququnda istifadə etmişdir. Ölkəmizdə fəaliyyət göstərən bir sıra siyasi partiyaların 30 nəfər nümayəndəsi müşahidəçi qismində qeydiyyatdan keçib. Məntəqdə iki ədəd daşınmayan, bir ədəd isə daşınan qutu var. Amma hələ ki, səs vermək üçün ərizə ilə, telefon vasitəsilə müraciət edilmədiyinə görə daşınan qutular məntəqədən kənara çıxarılmayıb. Heç bir şikayət olmayıb. Bu da onun göstəricisidir ki, seçkilər tam şəffaf keçirilir".

Samina Abid: "Azərbaycanda tədbiq olunan yeni texnologiyanı çox bəyəndim"

Parlament seçkilərini izləmək üçün ölkəmizə gəlmiş Pakistan parlamentinin nümayəndə heyətinin üzvü Samina Abid səsvermə prosesinin şəffaflığından bəhs edib. Ölkəmizə açıqlamasında Samina Abid Azərbaycanda tədbiq olunan yeni texnologiyanı çox bəyəndiyini qeyd edərək bildirib ki, bu yenilik barədə hökmən Pakistanda danışacaq: "Bütün məntəqələrdə seçki ab-havası yüksəkdir. Biz buradakı seçki prosesini öz ölkəmizlə müqayisə etdik. Proses tam demokratik və şəffaf şəkildə həyata keçirilib ki, bundan da çox məmnunuq. Hesab edirik ki, başqa dövlətlər də məhz Azərbaycanın seçki təcrübəsindən nümunə götürməlidirlər".

Pakistan parlamentinin nümayəndə heyətinin üzvü Lt Gen Retd Syed Salahuddin Tirmizi isə, bildirdi ki, Azərbaycanda seçkilər xalqın mənafeyini əks etdirir. O, inamla qeyd edib ki, budəfəki seçkilər Azərbaycan xalqı üçün səmərəli seçkilər olacaq.

Türkiyəli müşahidəçi Şamil Aydın əsas məsələnin seçkilərin nəticəsinin Azərbaycan xalqının iradəsini əks etdirməsi olduğunu bildirərək qeyd edib ki, Azərbaycanda bundan öncəki seçkilərdə də müşahidəçi kimi iştirak edib: " Hər dəfə bura gələrkən isə seçki prosesindəki yenilikləri müşahidə edirəm və bu, bizi sevindirir".

Şamil Aydın qeyd edib ki, seçkilərin daha şəffaf, demokratik keçirilməsi üçün Azərbaycan dövləti bütün imkanlardan istifadə edib: "Ölkəmizə döndüyümüz zaman da müşahidə etdiyimiz yeniliklər barədə insanlara məlumat verəcəyik. Hazırda seçkilərdə əhalinin aktivliyini gördük, seçkilərə axınını müşahidə etdik. Əsas məsələ isə seçkilərin nəticəsinin Azərbaycan xalqının iradəsini əks etdirməsidir. Türkiyənin 90 illik cumhuriyyət tarixinin olmasına baxmayaraq, hələ də bir sıra sahələrdə inkişaf ləng gedir. Bu baxımdan da hesab edirəm ki, bu gün Azərbaycan gənc respublika olmasına baxmayaraq, bir sıra inkişaf etmiş ölkələri geridə qoyub. Ümumi seçkilərin gedişatını yükəsək qiymətləndirirəm".

Gülyanə Ağakərimova,

İntizarə Məmmədova

Digər xəbərlər