PDF Oxu

Siyasət

  • 27

Azərbaycanda parlament seçkiləri 2015-ci il

Azərbaycanda parlament seçkiləri 2015-ci il

1 noyabrda keçirilən parlament seçkiləri Azərbaycanda demokratik və ədalətli seçki ənənələrinin növbəti təzahürü kimi öz təsdiqini tapdı. Respublikamızın bütün regionlarında gözlənildiyi kimi, 1 noyabr parlamentə seçkilər cəmiyyətin bütün təbəqələrini əhatə etməklə yüksək seçici fəallığilə başa çatdı. Seçicilər izdihamla, bayram əhval-ruhiyyəsilə seçki məntəqələrinə gələrək, ən layiqli namizədə səs veriblər.

CƏLİLABAD

Cəlilabad rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər müvəffəqiyyətlə və seçicilərin yüksək siyasi fəallığı şəraitində keçirilib. Seçki məntəqələrindən və seçki dairələrindən əldə olunmuş məlumata görə saat 15:00-a dək rayonun üç seçki dairəsi üzrə 118560 nəfər seçicinin 50596 nəfəri səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 42,67 % -ni təşkil edir. Seçici fəallığı 67 saylı Cəlilabad şəhər Seçki Dairəsi üzrə 1, 3, 12 saylı Cəlilabad şəhər, 24 saylı Sərhədabad, 26 saylı Cəngan kənd seçki məntəqələrində, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi üzrə 1 və 3 saylı Alar, 6 saylı Günəşli, 13 saylı Ocaqlı, 31 saylı Xanəgah kənd seçki məntəqələrində, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə 1 və 4 saylı Göytəpə şəhər, 7 saylı Privolnoye, 12 saylı Komanlı, 14 saylı Həziabad kənd seçki məntəqələrində daha yüksək olmuşdur.

QƏBƏLƏ

1 noyabr parlament seçkilərinin Qəbələ rayonunda da böyük əhval-ruhiyyə yaradıb. Seçicilər səhər tezdən ardıcıl olaraq məntəqələrə gələrək işıqlı gələcəyə səs veriblər. Qəbələ rayonunun bütün məntəqələrində səhər saat 8.00-dan başlanılan seçki kampaniyası seçki qanunlarına düzgün olunmaqla yanaşı, şəffaf və demokratik keçirilib. İstər yerli, istərsə də digər müşahidəçilər məntəqələrdə seçkiləri rahat müşahidə ediblər. Rayonun bütün məntəqələrində seçkilər uğurla başa çatıb. "Exit-poll"un nəticələrinə əsasən demək olar ki, seçkilərdə qəbələlilər, birmənalı olaraq, YAP-a sadiq olduqlarını nümayiş etdiriblər.

MASALLI

Masallı rayonun əhatə edən əsas iki dairə 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd DSK ərazisinə daxil olan bütün seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunub. Seçkiləri izləyən müşahidəçilər prosesin çox sakit və demokratik bir şəraitdə keçdiyinin şahidi olublar.

TƏRTƏR

Tərtər rayonunda seçkilər uğurla baş tutub. Parlament seçkiləri seçki dairəsinin 38 məntəqəsində keçirilib. Məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 37601 nəfərdir. Səsvermənin gedişini 443 müşahidəçi izləyib. Dairə üzrə 6 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparıb.

Tərtər şəhər mədəniyyət evinin binasında yerləşən 1 saylı məntəqədə seçkilər yüksək səviyyədə keçirilib. Burada səsvermə hüququ olan 1401 nəfər seçici var. Onlar səhər saat 8-dən etibarən məntəqəyə gəlib, istədikləri namizədə səs veriblər. Tərtər rayonunda 95 saylı Seçki Dairəsi üzrə seçicilərin 644 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edən gənclərdir. 955 nəfərinin yaşı 80-100 arası, 22 nəfərin yaşı isə 100-dən yuxarıdır. Rayonun ən yaşlı seçiciləri 117 yaşlı Minə Əliyeva və 115 yaşlı Gövhər Almuradovadır.

AĞDAŞ

Parlament seçkiləri ilə əlaqədar Ağdaş rayonundakı seçki məntəqələrinin qarşısında "Exit-poll" təşkil olunub. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən 89 saylı Göyçay-Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş rayonunun Yuxarı Qəsil kəndindəki 25 saylı və Şor Dəhnə kəndindəki 33 saylı seçki məntəqəsində, 90 saylı Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş şəhər S.Vurğun adına məktəbdəki 5 saylı, Qaradağlı kəndindəki 20 saylı və Pirəzə kəndindəki 37 saylı seçki məntəqələrində "Exit-poll" keçirilib. 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 40 seçki məntəqəsində seçicilərin ümumi sayı 39 min 994 nəfərdir. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 451 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi 12 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə səsvermənin gedişini 466 nəfər yerli müşahidəçi izləyirb.

RƏFİQƏ

Digər xəbərlər