Solomon Ortiz: "Ədalətli, şəffaf və azad seçkilərin keçirildiyinin şahidi olmuşuq"
1 noyabr parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana gəlmiş ABŞ-ın ictimai-siyasi xadimlərindən ibarət işçi qrupunun üzvləri parlamenti seçkilərilə bağlı mətbuat konfranı keçirib. İşçi qrupuna ABŞ-ın hərbi xidmət məsələləri üzrə keçmiş rəhbəri Solomon Ortiz, İB Korporasiyasının icraçı direktoru Patrisiya Edinqon, keçmiş konqresmenlər Joye Baka, Kurtis Veldon və Silvestr Reyes daxildir.
ABŞ işçi qrupunun rəhbəri Solomon Ortiz Azərbaycanda keçirilən parlament seçkilərilə bağlı çıxış edərək bildirib ki, işçi qrupu 20 nəfər peşəkar şəxslərdən ibarətdir: "İşçi qrupuna tanınmış xadimlər, keçmiş konqresmenlər, nüfuzlu siyasətçilər daxildir. İşçi qrupunu Azərbaycana Avropa Seçki Müşahidə Akademiyası dəvət etmişdir. ABŞ işçi qrupu seçkillərdən əvvəl kifayət qədər məlumat almış və tövsiyələri dinləmişdi. İşçi qrupunun üzvləri 125-dən artıq məntəqədə təsadüfi müşahidə apardı. Aparılan müşahidələr hərtərəfli təhlil edildi. Bakıda, regionlarda kifayət qədər müşahidələr aparıb sənədləşmə işlərini gördük". S.Ortiz mətbuat konfransında onu da qeyd etmişdir ki, işçi qrupunun üzvləri məntəqələrdə yüksək seçici fəallığı müşahidə etmişlər, məntəqələrdə bütün işlər öz qaydasında getdiyini müşahidə etmişdir: "Seçiciləri izləmək həm də veb-kameralar vasitəsilə mümkün olmuşdur. Azərbaycanda ədalətli, beynəlxalq hüquq normalarına uyğun seçki keçirmək qarşıya məqsəd qoyulmuşdu və buna nail oldu. Hələ təxminən 7 il bundan öncə Azərbyacan Venesiya Komissiyasının tövsiyələri əsasında Seçki Məcəlləsinə müsbət dəyişiliklər etmişdi. Seçki şəffaflığının göstərici kimi "Exit-poll"dan istifadə olundu. İşçi qrupu ədalətli, şəffaf və azad seçkilərin keçirildiyinin şahidi olmuşdur. Azərbaycanda keçirilən seçkilər zamanı heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçkilər tam demokratik şəraitdə, azad və ədalətli şəkildə keçirilmişdir".
Samir