PDF Oxu

Siyasət

  • 32

Çin KİV-ləri: Hakim partiya Azərbaycanda parlament seçkilərində qələbə qazandı

Çin KİV-ləri: Hakim partiya Azərbaycanda parlament seçkilərində qələbə qazandı

Ölkənin milli xəbər agentliyi olan Sinxua səsvermə günü seçkilərin gedişinə dair bir neçə xəbər yayıb. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri açıqlamasından sonra Sinxua "Hakim partiya Azərbaycanda parlament seçkilərində qalib gəldi" başlıqlı geniş xəbər yayıb. Xəbərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədova istinadən yazılır ki, seçkilər insanların yüksək fəallığı şəraitində keçib, bunu "exit-poll"ların nəticələri də təsdiq edir.

Sinxua agentliyi qeyd edir ki, beynəlxalq müşahidəçilər seçkilərin yaxşı təşkil olunduğunu, səsvermə prosesinin azad və şəffaf keçdiyini bildiriblər.

Bundan başqa, Çin Mərkəzi Televiziyasının xəbər kanalı olan CCTV-13 də Milli Məclisə seçkilər barədə informasiyalar yayıb.

yap.org.az

Digər xəbərlər