Azərbaycanda parlament seçkiləri bütün region üçün nümunə olmalıdır. Bunu Avropa Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin (ESISC) Müşahidə Missiyasının rəhbəri Klod Monike Bakıda mətbuat konfransında deyib. /Trend/
Onun sözlərinə görə, seçkilər bütün Qərb normalarına uyğun keçirilib: "Proses çox yaxşı təşkil edilmişdi və seçki məntəqələrində bütün zəruri şərait yaradılmışdı. Xeyli sayda yerli müşahidəçilərin olması şəffaflığın göstəricisidir".
ESISC missiyası Bakı, Sumqayıt və Xırdalanda 6 seçki dairəsində və 100 seçki məntəqəsində olub.
yap.org.az