"Azərbaycanda seçkilər seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Bakıda və bir neçə regionda olan AŞPA-nın 28 nəfərdən ibarət müşahidə missiyası bu qənaətə gəlmişdir ki, seçkilər şəffaf şəkildə baş tutub". Bu fikirləri Azərbaycanda parlament seçkilərini izləmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) müşahidə missiyasının rəhbəri, ispaniyalı parlamentar Jordi Çukla keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, parlament seçkilərinin demokratik keçirilməsi üçün Azərbaycanda sivil baza yaradılıb: "Səsvermə prosesi beynəlxalq standartlara uyğun keçirilib. Səs verənlərin seçki məntəqələrinə girişinə maneə olmayıb. MSK prosesin şəffaflığına töhfə verərək mütəmadi məlumatlar dərc edib. Seçkilərə hazırlıq və səsvermə prosesi peşəkarlıq və texniki cəhətdən yaxşı təşkil olub. Seçici siyahısına bütün seçicilərin adı daxil edilib. Seçki pozuntusunun şahidi olmamışıq. Bir neçə məntəqədə xırda nöqsanlar olubsa da, bununla bağlı MSK-a lazımı tədbirləri görəcək. Yəni kiçik nöqsanlar seçkinin ümumi nəticəsinə təsir etməyib".J.Çukla vurğulayıb ki, ATӘT DTİHB və ATӘT PA-nın Azərbaycana müşahidә missiyası göndәrilmәməsi onlarda tәəssüf hissi yaradır: "Lakin seçkilər xalqın iradәsini tam ifadә edib. Polis zorakılığı qeydə alınmayıb, provokasiya baş verməyib. Vətəndaşalr sərbəst şəkildə, heç bir təzyiq olmadan səs veriblər. AŞPA ilə Azərbaycan arasındakı əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək".
sia.az