PDF Oxu

Siyasət

  • 20

Viliam Yasan: "Azərbaycanda seçki prosesi beynəlxalq prinsiplərə uyğun aparıldı"

Viliam Yasan: "Azərbaycanda seçki prosesi beynəlxalq prinsiplərə uyğun aparıldı"

Slovakiya parlamentinin nümayəndələri Milli Məclisə seçkilərdə apardıqları müşahidələrin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər.SİA-nın məlumatına görə, tədbirdə Slovakiya parlamentinin üzvü, nümayəndə heyətinin rəhbəri Viliam Yasan və həmin ölkənin parlamentinin və nümayəndə heyətinin üzvü Fundtner Edita iştirak edib.

V. Yasan bildirib ki, Azərbaycan xalqının siyasi iradəsi və mədəniyyəti çox inkişaf edib. O qeyd edib ki, ölkəmizdə nümunəvi seçki prosesi izləyib: "Seçkilər gözlədiyimdən də yaxşı keçdi. Səsverməni izlədik və bütün işlərin qanunlar çərçivəsində olduğunu gördük. Azərbaycanda səsvermə prosesi demokratik və şəffaf keçirildi".

F. Edita da seçkilərin qanunauyğun təşkil olunduğunu qeyd edib: "Səsvermə prosesində qanunvericiliyin bütün qaydalarına riayət olundu. 2005-ci ildən parlament seçkilərində iştirak etmişəm. Slovakiya Seçki Komissiyasının üzvü olmuşam. Seçki prosesində Azərbaycanın yeniliklərlə dolu planlarını müşahidə etdim. Heç bir problem görmədim. Seçkilər nizamlı və mütəşəkkil qaydada təşkil olunmuşdu. Azərbaycanda seçki prosesi beynəlxalq prinsiplərə uyğun aparıldı".

sia.az

Digər xəbərlər