"Seçkilərin gedişatı çox şəffaf oldu. Seçki prosesi demokratik şəraitdə keçirilib. Heç bir qanun pozuntusu müşahidə etmədik". SİA-nın xəbərinə görə, bunu Avropa Parlamentinin Avstriyadan olan üzvü Franz Obermayer deyib.Franz Obermayer Azərbaycanda ilk dəfə seçki prosesini izlədiyini diqqətə çatdıraraq qeyd edib ki, seçki prosesi zamanı bir sıra məntəqələrdə olduq və heç bir qanun pozuntusuna rast gəlməmişik: "Biz seçki boyunca məntəqə seçki komissiyalarının sədrləri, siyasi partiyaların rəhbərləri, müşahidəçilərlə görüşdük və onların fikirləri ilə tanış olduq. Prosesdə şəffaf mürəkkəbdən istifadə olunması indiyədək müşahidə etdiyim ən yaxşı yenilkdir".
sia.az