"Parlament seçkiləri heç bir qanun pozuntusu olmadan keçirilib. Bizim nümayəndə heyətinin tərkibində 6 nəfər var idi və biz müxtəlif seçki məntəqələrində müşahidə apardıq". Bu fikirləri seçkiləri müşahidə edən Pakistan nümayəndə heyətinin rəhbəri Hüseyn Seyid bu gün keçirilən mətbuat konfransında deyib.Hüseyn Seyid qeyd edib ki, onlar planlarında olmayan məntəqələrə də baş çəkiblər: "Şahidi olduq ki, seçkilər tam ədalətli şəkildə həyata keçirilib, heç bir qanun pozuntusuna rast gəlməmişik. Dünən seçki məntəqələrində səs verməyə gələn iki qoca insanı gördüm. Bu, məni çox təsirləndirdi. Çünki yaşlı insanların heç nəyə baxmadan məntəqələrə gələrək səs vermələri olduqca vacib amildir. Bu və ya digər mənada bütün amilləri nəzərə alaraq Azərbaycan dövlətinin apardığı siyasəti digər dövlətlərə nümunə göstərmək istəyirəm. Mən Azərbaycan xalqını təbrik edirəm. Bu, onların qələbəsidir".Hüseyn Seyid deyib ki, dünən Azərbaycan prezidenti İlham Əliyevlə səmimi və gözəl görüşləri olub. O qeyd edib ki, Pakistan Dağlıq Qarabağın müstəqilliyini tanımır, Ermənistanla əlaqələri yoxdur: "Müxalifətdə və ya hakimiyyətdə təmsil olunmasından asılı olmayaraq, hər bir pakistanlı siyasətçi Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır. Pakistan-Azərbaycan əlaqələri hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə davam edəcək".
sia.az