"Azərbaycanda keçirilən parlament seçkilərində məcburi köçkünlərə səsvermə imkanlarının yaradılmasını çox müsbət haldır. Estoniya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır". SİA-nın məlumatına görə, bunu Estoniya parlamentinin üzvü Savisaar Erki deyib.Savisaar Erki qeyd edib ki, səsvermə texniki baxımdan yaxşı təşkil olunub, demokratik keçirilib: "Müşahidə etdiyimiz seçki məntəqələrində hər hansı qanun pozuntusuna rast gəlmədik. Belə ki, Estoniya nümayəndə heyəti ümumilikdə 11 məntəqədə müşahidə aparıb. Bu məntəqələr arasında məcburi köçkünlərin də seçki məntəqəsi var idi. Seçki məntəqələri vaxtında açılmışdı. Hər bir seçki komissiyasında müşahidəçilər əvvəldən axıra kimi seçki prosesini izlədilər. Bu da seçki prosesinə əlavə şəffaflıq qatan amillərdəndir. Biz Suraxanı rayonunda səsvermənin nəticələrinin hesablanmasında da iştirak etdik. Hesablama düzgün aparıldı, yerli müşahidəçilər hesablamaya müdaxilə etmədilər".
sia.az