PDF Oxu

Siyasət

  • 29

Umud Rəhimoğlu: “Seçkilərdə KİV üçün əlverişli şərait yaradılmışdı” AÇIQLAMA

Umud Rəhimoğlu: “Seçkilərdə KİV üçün əlverişli şərait yaradılmışdı” AÇIQLAMA

"Azərbaycan Mətbuat Şurası əvvəlki seçkilərdə olduğu kimi 1noyabr 2015-ci il tarixində ölkəmizdə Milli Məclisə 5-ci çağırış seçkilərdə də tam tərkibdə iştirak etdi". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.Sədr müavininin sözlərinə görə, Mətbuat Şurasının İdarə heyətinin üzvləri, eləcə Şurada təmsil olunan media qurumlarının nümayəndələri, həm Bakıda, həm də regionlarda seçkiöncəsi proseslərin monitorinqini apardı: "Seçkilər günü MŞ-da "Qaynar xətt" fəaliyyət göstərirdi. Bu "Qaynar xətt" vasitəsilə də məntəqələrdə seçki prosesi zamanı qarşıya çıxan problemlərlə bağlı jurnalistlərin bir sıra müraciətləri oldu. Mən özüm MŞ-nın İdarə heyətinin üzvləri ilə birlikdə Bakının Səbayıl, Xətai, Nəsimi və Binəqədi rayonlarında seçkiləri müşahidə etdik. Seçkilər kifayət qədər şəffaf və demokratik əhval-ruhiyyədə həyata keçirildi. İnsanlar öz iradələrini bu prosesdə müstəqil şəkildə ifadə etdilər. Seçkilərin nəticələrindən də göründüyü kimi bu prosesdə ən layiqli namizədlər seçildi".U.Rəhimoğlu əlavə edib ki, MŞ prosesə qarışmadan insanların bu seçkilərə davranmalarını, fəal şəkildə qatılmalarını yaxından müşahidə etdi: "Biz olduğumuz məntəqələrdə kütləvi informasiya vasitələrinə (KİV) yaradılan şəraitlə tanış olduq. Bütün məntəqələrdə müşahidəçilərlə yanaşı, KİV üçün də şərait yaradılmışdı. İstər yerli, istərsə də beynəlxalq media təmsilçiləri çox sərbəst şəkildə öz fəaliyyətlərini davam etdirdilər. Biz ötən gün həm də Mərkəzi Seçki Komissiyasında (MSK) bir sıra görüşlər keçirdik və seçki prosesini izləyən jurnalistlərin iş fəaliyyəti ilə tanış olduq. MSK-da onlar üçün çox yaxşı şərait yaradılmışdı".

sia.az

Digər xəbərlər