PDF Oxu

Siyasət

  • 35

"Parlament seçkiləri demokratiyanın inkişafına təkan verəcək"

"Parlament seçkiləri demokratiyanın inkişafına təkan verəcək"

"Seçki sülh və demokratiya prinsipləri çərçivəsində baş tutdu". SİA-ya açıqlamasında bunu Beynəlxalq Mərkəzi Asiya Siyasi Partiyaları Təşkilatının (ICAPP) baş katibi Cunq Eui-Yonq deyib.

Onun sözlərinə görə müşahidə missiyasına üzv dövlətlərdə olduğu kimi Azərbaycanda da demokratiya daha da təkmilləşdirilməlidir: "Biz MSK-nın dəvəti ilə ölkənizdə seçkiləri izlədik. Missiyamıza Cənubi Koreya, Pakistan, Hindistan, Banqladeş, Filippin və Kambocadan olan siyasi xadimlər daxildir. Seçki günü 4 qrupa bölündük və səsverməni izləməklə yanaşı eyni zamanda seçicilərlə, müxtəlif partiya nümayəndələri ilə seçkilərlə bağlı müzakirələr apardıq. Nümayəndə heyətimizin üzvləri səslərin sayılma prosesini də yaxından izləyib. Bir çox beynəlxalq müşahidəçilərin bu seçkilərdə iştirakı Azərbaycana olan böyük diqqətdən qaynaqlanır".

Baş katib onu da bildirib ki, seçkilərdə tətbiq olunan onlayn veb-kameralar şəffaflığın təmin olunmasında böyük rol oynayıb: "Azərbaycanda tətbiq olunan seçki texnologiyası nümunəvi sayıla bilər".

ICAPP-ın müşahidə missiyasının Banqladeşdən olan üzvü Abdul Matin Khasrunun fikrincə, seçkilərdə fəallıq yüksək səviyyədə idi: "Biz 8 seçki məntəqəsində müşahidələr apardıq. Çox sevindirici haldır ki, ölkənizdə baş tutan əhəmiyyətli seçkilərdə xanımlarınız həm namizəd olaraq, həm də seçici olaraq aktiv şəkildə iştirak etdilər".

Müşahidə missiyasının Hindistandan olan üzvü Vijay Jolly isə bildirib ki, Azərbaycanda bütün sosial təbəqələr tərəfindən dəstəklənən demokratik mühit mövcuddur: " Xalqınızı təbrik edirəm. Mərkəzi Seçki Komissiyasına isə azad, şəffaf və qərəzsiz seçki şəraiti formalaşdırdıqları üçün təşəkkür edirəm. İnanıram ki, Hindistanda olduğu kimi Azərbaycanda da gələcəkdə elektron səsvermə tətbiq olunacaq".

Qeyd edək ki, ICAPP-ın tərkibinə 18 ölkəni təmsil edən 350-dən artıq siyasi partiya daxildir.

sia.az

Digər xəbərlər