PDF Oxu

Siyasət

  • 25

Sarkisyan rejimi özünü "arxalı köpək" hesab edir

Ancaq növbədənkənar prezident seçkilərinin keçirilməsi labüdləşir

İqtisadi və siyasi cəhətdən iflasa uğrayan Ermənistanda vəziyyət yenidən gərginləşib. Ermənistan mətbuatının məlumatına görə noyabrın 5-dən "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatı və "Talana yox" Təşəbbüs Qrupu birgə etiraz aksiyalarına başlayıblar. Onların tələbi dəyişməz olaraq qalır. Hadisələrin inkişaf istiqaməti etiraz aksiyasına qoşulanların hakimiyyətə qarşı mübarizədə bu dəfə qətiyyətli olduğunu, mövcud iqtidarın istefaya göndərilməsində israrlı mövqe nümayiş etdirdiklərini göstərir. Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, aksiyaya qatılanlar hakimiyyətə qarşı daha çox itaətsizlik nümayiş etdirirlər.

Sarkisyanın istefaya getməsi ön planda

"Ayağa qalx, Ermənistan" vətəndaş təşəbbüsünün rəhbərlərindən olan Andreas Qukasyan bildirib ki, artıq bu hakimiyyətin sonudur: "Elektrik enerjisinin bahalaşması və ölkədə konstitusiya islahatlarına qarşı çıxanlar növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir".

"Ayağa qalx, Ermənistan" vətəndaş təşəbbüsünün üzvlərindən olan Artuş Çibuxçiyanda qeyd edib ki, aksiyalar davamlı olacaq: "Ermənistan elektrik səbəkəsi"ndəki yoxlamaların nəticəsini gözləyirdik. Növbəti dəfə aldadıldığımızı gördük. Tələblərimizin heç biri yerinə yetirilmədiyindən bu dəfə dayanmayacağıq, istəklərimiz təmin olunanadək aksiya keçirəcəyik".

İç savaş iqtisadi vəziyyətlə də bağlıdır

Yaranmış iç savaş iqtisadi problemlərə bağlı olduğu üçün Sarkisyan iqtidarının mövqelərini sürətlə zəiflədir. Dünya iqtisadiyyatında yaşanan problemlərin Ermənistana mənfi təsirlərinin sürətlə genişlənməsi, milli valyutanın dəyərdən düşməsisə daha gərgin vəziyyət formalaşdırır. Bu günlərdə Ermənistan Mərkəzi Bankı milli valyuta olan dramın məzənnəsini sabit saxlamaq üçün rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib. "Aykakan jamanak" qəzeti yazır ki, Ermənistan Mərkəzi Bankı banklara 50 milyon dollar həcmində ABŞ valyutası satıb ki, bu da Ermənistan tarixində görülməmiş göstəricidir. Qəzet yazır ki, belə həcmdə müdaxilə dramın sabitliyini istənilən yolla saxlamaq niyyətini göstərir. Amma bu addım da nəticə vermir. Çünki ölkənin valyuta ehtiyatları çox azdır və bazara uzunmüddətli müdaxilə mümkün deyil. Bu isə əvvəlki kimi dramın dəyərdən düşməsinə və ölkədə qiymətlərin yüksəlməsinə yol açır. Təbii ki, bu durum Sarkisyan hakimiyyətinin perspektivi üçün müsbət heç nə vəd etmir, əhali hakimiyyətin dəyişməsini istəyir. Buna inanmayanlar isə ən yaxşı çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Bütün bunların nəticəsidir ki, ölkədə əhalinin sayı sürətlə azalmağa doğru gedir. Belə vəziyyətdə daha bir maraqlı məsələ Ermənistanda dövlət məktəblərinin əhalinin azalmasına paralel olaraq bağlanmasıdır. Belə məktəblər 1404-dən 1391-dək azalıb. Ermənistan Milli Statistika Xidmətinin sosial və təbiəti mühafizə bölməsinin rəisi Nelli Baqdasaryan bildirib ki, ölkə üzrə dövlət ümumtəhsil məktəblərinin sayı 1404-dən 1391-dək, o cümlədən şəhərdə 533-dən 528-dək, kənd yerlərində isə 871-dən 863-dək azalıb. Onun sözlərinə görə, 2011-ci ildə məzunların sayı 36 590 nəfər olmuşdusa, 2014-cü ildə onların sayı 24 466-ya enib.

Beynəlxalq qurumlar da Ermənistanda vəziyyətin acınacaqlı olduğunu bildirir və qeyd edilir ki, əhali getdikcə azalacaq. Məsələn, BMT-nin proqnozlarına görə, əsrin sonuna kimi Ermənistan əhalisi 1,7-1,6 milyon nəfərə düşəcək. BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan bildirib ki, hazırda Ermənistan əhalisi hüquqi cəhətdən 3 milyon, faktiki cəhətdən isə 2-1,9 milyon nəfər təşkil edir. Q.Ayrapetyan qeyd edib ki, əhalinin azalmasına səbəb doğum sayının azalması, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli göstəricidir.

Etirazlar partlayış səviyyəsinə çatıb

Ermənistanı cənginə alan sosial-iqtisadi uçurum etirazları partlayış səviyyəsinə yüksəldib. Ermənistanın "Soçiometr" sosioloji araşdırmalar mərkəzinin statistik məlumatına görə, 2050-ci ildə düşmən ölkənin əhalisi 65 faiz azalacaq. Belə ki, həmin vaxta kimi, hazırda 2 milyon 270 min olan Ermənistan əhalisinin sayı 1,5 və 1,3 milyon çıvarında məhdudlaşacaq.

Ölkədə yaranmış acınacaqlı vəziyyətlə bağlı Ermənistanın "Daşnaksütyun" partiyasının fraksiyasından olan deputat Artsvik Minasyan "Novosti Armenii" saytına verdiyi açıqlamasında bildirib ki, Ermənistan hökumətinin dəqiq iqtisadi siyasəti yoxdur: "Ölkəyə rəhbərlik edən Serj Sarkisyan və komandasının həyata keçirdiyi irrasional və yarıtmaz siyasət nəticəsində Ermənistanda demək olar ki, bütün sahələrdə xaotik durum yaşanır. Həmçinin, hökumətin yanaşmaları təsadüfi, situativdir - onları nə sosialist, nə liberal, nə də ki, bazar yanaşması adlandırmaq olar. Çünki iqtisadi siyasətdə dəyərlər sistemi yoxdur.

Hazırda Ermənistanda doğum əmsalı 1,6-1,7 təşkil edir, ancaq Ermənistan üçün bu gün ən ciddi problem miqrasiya olaraq qalır.

Bəli, bax belə. Kor-kor, gör-gör". Erməni hiylələri döndü dolandı, nəhayətində öz başlarında çatladı. İşğalçı dövlət iddiasında olan Ermənistan nəinki bu gün müharibə etmək iqtidarında deyil, hətta aclıqdan, səfalətdən əziyyət çəkən sadə vətəndaşlarının qarnını doyurmaq imkanına malik deyil. Bu gün sağına-soluna boylanan ermənilər yanlarında hər zaman güvəndkləri day-daylarını görmürlər, nə kəramətdisə. Ancaq görünən isə odur ki, çökmüş işğalçı ölkəni qarşıda bundan daha da ağır günlər, daha dəqiq desək, bu yolla az bir zamanda Ermənistan adından heç nə qalmayacaq.

A.SƏMƏDOVA

D.O.

206-41

Digər xəbərlər