PDF Oxu

Siyasət

  • 46

Politoloq: "Müsavat partiyası tam fiaskoya uğradı" AÇIQLAMA

Politoloq: "Müsavat partiyası tam fiaskoya uğradı" AÇIQLAMA

"Azərbaycanda keçirilən seçkilər ümumilikdə millətin iradəsinin göstəricisidir. Bu gün bir partiyanın mütləq üstünlüyü ilə nəticələnən bir seçki ilə qarşılaşdıq. Azərbaycan cəmiyyəti istdədiyinə və qadir olduğuna sahib çıxdı. Bu gün bəzi müxalifət partiyaları seçki mühitinin əlverişsiz olduğunu bəhanə gətirərək seçkiləri tanımadıqlarını bildirirlər. Reallıq və mənzərə göz qabağındadır". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, Müsavat partiyası böyük həvəslə təxminən 80 namizədlə seçkiyə qatılsa da, onlardan yalnız dairə seçki komissiyalarının müəyyən güzəştlərdən sonra 30 nəfərinin qeydiyyatı təsdiqləndi: "Azərbaycan kimi kiçik ölkə üçün 30 rəqəmi də kifayət qədər yüksəkdir. Müxalifətin əsl faciəsi bununla bitmir. Görüş-mitinq keçirməyə cəhd edən Müsavat partiyası tam fiaskoya uğradı. Bu mitinqə heç 100 nəfər qatılmadı. Qeydə alınmış 30 namizədin hər birinin ailəsi, 2 imza vərəqəsi toplayanı və partiya rəhbərliyi ailələri ilə birlikdə mitinqə qatılsa idi, ən azı 250-300 nəfər görüşdə iştirak etməli olardı. Görünür Müsavatın sosial bazası artıq tükənib. Deputatlığa namizəd ən azı 100 nəfərlə seçki kampaniyasına qatılmalıdır ki, bir nəticə əldə edə bilsin. Bu uğursuzluğu görən Müsavat partiyası İsa Qəmbərin təkidi ilə guya seçkidən çəkilir bəyanatını verməli oldu. Əslində bu bir növ oyundur və verilən qərarın hüquqi əsasının olmaması barədə də hər kəs bilir. Bu qərar daha çox seçkidən kənarlaşmağın immitasiyası və partiyanın parlament partiyası olmasının qarşısına çəkilmiş sədd idi. Arif Hacılı hüquqi cəhətdən partiya başqanı olsa da, görünür maliyyə rıçaqları hələ də İsa Qəmbərin əlində qalmaqdadır. Əgər Müsavat partiyasından bir nəfər parlamentə düşmüş olsa idi, o zaman müsavat parlament partiyası olaraq dövlət tərəfindən rəsmi olaraq maliyyələşəcəkdi. Bu isə maliyyə rıçaqlarına sahib olan İsa Qəmbəri heç də qane edə bilməzdi. Bacarıqlı İsa Qəmbər bunu da bacardı və müsavatı yenidən özündən asılı vəziyyətə sala bildi".

sia.az

Digər xəbərlər