PDF Oxu

Siyasət

  • 68

Tamerlan Vahabov: “Rusiyanın regionda böyük marağı var” AÇIQLAMA

Tamerlan Vahabov: “Rusiyanın regionda böyük marağı var” AÇIQLAMA

"Ümumiyyətlə Misirdən Rusiya istiqamətində hərəkət edən Rusiyanın "Metrojet" hava limanına məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri təyyarənin "qara qutu"sunun müəyyən edilmədən söylənilməsi bir qədər çətindir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.Ekpsertin sözlərinə görə, sözügedən təyyarə təhlükəsizliyin aşağı olduğu bir zonadan uçmuşdu: "Hətta dünya Mülki Aviasiya təşkilatı da oradan uçuşları qadağan edib. Çünki ora risk zonasıdır. Təbii ki, burada terror aktının olmasını da tamamilə inkar etmək olmaz. Burada iki fərziyyə (həm terror, həm də təyyarənin nasazlığı) ola bilər. Əgər uçuş regionunu nəzərə alsaq, terror aktı burada aktual ola bilər. Rusiyada təhlükə hər zaman artır. Heç şübhəsiz ki, rəsmi Moskva regiondan iri və güclü dövlətlərdən biridir. Hətta onun regionda böyük marağı vardır. Suriya münaqişəsində belə Rusiya hal-hazırda müəyyən dərəcədə hərbi kontingenti var. Təbii ki, bu, müəyyən dərəcədə təhlükəsizliyə təsir edə bilər".Qeyd edək ki, oktyabrın 31-də Misirdən Rusiya istiqamətində hərəkət edən Rusiyanın "Metrojet" hava limanına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə havaya qalxdıqdan 23 dəqiqə sonra Sina yarımadasında qəzaya uğrayıb. Təyyarənin içində 12 nəfər azyaşlı olmaqla 224 nəfər sərnişin olub. Təyyarədə səyahət edən 224 nəfərin hamısı rusiyalı turistlər olub.

sia.az

Digər xəbərlər