"Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanununun təsdiqlənməsi haqqında sərəncamı hüquq sistemimizin təkmilləşməsi baxımdan olduqca vacib addımdır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, qeydə alınmış yeni millət vəkili Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Azərbaycanda mətbuatın inkişafı daim diqqət mərkəzindədir: "Hətta ölkə mətbuatının inkişafı ilə bağlı xüsusi dövlət siyasəti həyata keçirilir. Əlbəttə ki, bu paralel olaraq eyni zamanda hüquqi dövlət quruculuğu prosesi ilə müşahidə olunur. Mətbuat söz azadlığı, qlobal, əlahiddə bir dəyər kimi heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində hakim, eyni zamanda vətəndaşların da hüquqi dövlətdə yaşadıqları üçün hüquq sistemi tərəfindən qorunması vacib olan şərtlərdən biridir. Yəni cənab Prezidenti tərəfindən "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun 44-cü maddəsinə əlavələr edilməsi hüquq sistemimizin təkmilləşməsi baxımdan olduqca vacib addımdır. Çünki bilirik ki, bəzi hallarda ayrı-ayrı vətəndaşların KİV tərəfindən hüquqlarının pozulması müşahidə olunur. Dəyişikliklərdə nəzərdə tutulub ki, kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.H.Babağlu hesab edir ki, dövlət başçısı tərəfindən Sərəncamın imzalanması yerində atılan bir addımdır və Azərbaycan hüquq sisteminin yeni keyfiyyətdə formalaşması üçün ciddi hüquqi əsas yaradacaq: "Bu həm də mediada çalışan jurnalistlərin xəbərə və yaxud hadisəyə daha məsuliyyətli yanaşmasına gətirib çıxaracaq".
sia.az