PDF Oxu

Siyasət

  • 46

YAP yenə də uğurlu qələbə qazandı

YAP yenə də uğurlu qələbə qazandı

Azərbaycanda azad və demokratik şəkildə başa çatan 1 noyabr parlament seçkiləri müstəqillik tarixmizə növbəti şərəfli gün kimi qalaçaq. Yüksək seçici fəallığı ilə müşayət olunan seçkilərdə bütün partiyaların namizədlərinə, eləcə də fərdi qaydada seçkilərə qatılan şəxslərə eyni səviyyədə və qanunamüvafiq şəkildə şərait yaradılmışdır. Yenədə Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan partiyası seçkilərin qalibi oldu, Yerlərin 69-a sahib olan YAP bununla bir daha xalqın inam yeri olduğunu nümayiş etdirdi. Bu qələbə, bütövlükdə, Azərbaycan xalqının qələbəsi idi. Söhbət etdiyimiz müsahiblərimiz əldə olunan qələbənin hər bir vətəndaşın qələbəsi olduğunu bildirdilər.

Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının sədri:

- İlk öncə, xalqımı əvvəlki seçkilərdə olduğu kimi, 1 noyabr parlament seçkilərində də yüksək fəallıq nümayiş etdirdikləri görə Təbii ki, bu fəallıq xalqın öz taleyinə biganə qalmadığını və hakimiyyətlə bir olduğunun göstəricisidir. Birmənalı şəkildə demək olar k, Azərbaycan iqtidarının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər sayəsində budəfəki parlament seçkiləri də çox mütəşəkkil, düşünülmüş və obyektiv şəkildə keçirildi. 148255 nəfər seçicisi olan Sabunçu rayonu üzrə 3 seçki dairəsində - 26 saylı Sabunçu I Seçki dairesi üzre 37 seçki məntəqəsində 49105 nəfər, 27 saylı Sabunçu II seçki dairəsi üzrə 39 seçki məntəqəsində 48872 nəfər və 28 saylı Sabunçu III seçki dairəsi üzre 36 seçki məntəqəsində 50323 nəfər seçicilərimiz vardı. 1 noyabrda seçiciləri ərəfəsi müşahidə olunan fakt ondan ibarət idi ki, seçicilər YAP-ın namizədlərinə hörmət, çox isti münasibət bəsləyirdilər. Bütün görüşlərdə də

bunun şahidi olduq. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezidentimiz İlham Əliyevin gördüyü bütün uğurlu işləri insanlar yüksək qiymətləndirirdilər. Dövlətimiz inkişaf edir, xalqımızın rifahı Azərbaycanın beynəlxalq imici gündən-günə yüksəlir. İnsanlar da gördükləri müsbət dəyişikliklərin cavabı olaraq seçkilərə mütəşəkkil şəkildə gəldilər. 1 noyabrda YAP-ı təmsil edən namizədlərə səs verdilər. Bütövlükdə, vətəndaşlıq borclarını layiqincə yerinə yetirdilər. Bütün səsvermə məntəqələrinin əksçəriyyətində veb-kamera quraşdırılmışdı. İstənilən xarici ölkə vətəndaşı Azərbaycan da keçirilən seçkiləri veb-kameralar vasitəsi ilə izləyə bilirdi. Parlament seçkiləri zamanı namizədlərlə heç bir problem yaşanmadı. Hər şey seçki komisiyalarının böyük əməyi nəticəsində uğurla başa çatdı. Saxtakarlıq, qanuna uyğun olmayan heç bir hərəkət baş vermədi. Seçkilərdə fəal iştirakı xalqımızın siyasi mədəniyyətinin yüksək olduğunun bariz nümunəsidir. Xalqımız bir daha sübut etdi ki, səs verib ən layiqli namizədləri seçməyi bacarır. Bir sözlə, seçki demokratik, yüksək seçici fəallığı ilə mütəşəkkil tərzdə keçirildi və gözlədiyimiz kimi, yenə də hakim YAP-ın uğurlu qələbəsi ilə nəticələndi. Bu, tək bizim deyil, xalqımızın qələbəsidir, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin qələbəsidir.

Təmiraz Tağıyev, YAP Nərimanov rayon təşkilatınnı sədri:

- Xalqımızın 1 noyabr parlament seçkilərində fəallığı yüksək səviyyədə idi. İnsanlar kütləvi şəkildə məntəqələrə gələrək haqqa və ədalətə, səs verdilər. Seçkilərin azad və demokratik şəraitdə keçməsini yalnız yerli müşahidəçilər deyil, eləcədə xarici ölkə və beynəlxalq təşkilatlardan olan müşahidəçilərdə təsdiqlədilər. Bütün bunlar bir daha Ümmilli Lider Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan dövlətində seçki siyasətinin haqq və ədalət, eləcədə demokratiya üzərində qurulduğunu göstərir. Əzəmətli, müstəqil Azərbaycan dövlətində bütün sahələrdə-iqtisadi, siyasi, mədəni və mənəvi sahələrdə inkişaf var. Azərbaycan bir çox ölkələri inkişaf tempinə görə geridə qoyub Xalq 1 noyabr günü öz iradəsini açıq şəkildə bəyan etməklə Prezident İlham Əliyevə sadiqliyini bir daha nümayiş etdirdi. Siyasət arenasında tək bir güclü siyasi təşkilat var ki, o da YAP-dır. Təbii ki, YAP-ın namizədləri parlamentdə oturmalı və xalqına, vətəninə var gücü ilə xidmət etməlidir. Hər birimiz azərbaycanlı olaraq möhtərəm Prezidentimizlə qürur duyuruq.

Əlbəttə, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də müxalifət böhtan və yalanlarını işə salmağa başlayıb. Çünki bu qələbə onları çox qıcaqlandırır. Bu o müxalifətdir ki, hələ seçkilərə start verməmişdən öncə, seçkilərin saxta keçəcəyi barədə rəy verirlər və sonda da deyir ki, bu seçkiləri tanımırıq, hər şey saxta oldu. Onlar Azərbaycan seçicisinin heç bir faizini də təşkil etmir. Onların fikirləri özləri üçün maraqlıdır, cəmiyyət üçün yox. Radikal müxalifət hansısa bir bəyanatı verəndə, onu arqumentlə əsaslandırmalıdır. Əgər onların təbirincə desək, belə bir saxtakarlıq vardısa, sənədlər əsasında çoxdan aşkarlanardı. Hər bir məntəqədə yerli, xarici müşahidəçilər vardı. Müxalifət, belə səviyyəsiz, haqsız, düşüncəsiz, əxlaqi dəyərlərdən uzaq olan davranışlara malikdir. Bu o müxalifətdir ki, Azərbaycanda nəsə bir siyasi hadisə baş verən kimi dərhal qaçırlar beynəlxalq təşkilatların yanına və ağla sığmayan, uydurmalardan ibarət olan sözlər deyirlər. Amma unudublar ki, müstəqil Azərbaycanın taleyini beynəlxalq təşkilatlar və qurumlar deyil, Azərbaycan dövləti özü həll edir. Bu gün Azərbaycanda inkişaf modeli formalaşıbdır. Bu birlik, inkişaf modelinin özü bizi gələcəyə doğru aparır. Bunun kökündə isə Ulu Öndər Heydər Əliyev ideyaları və Onun layiqli davamçısı və siyasi varisi Cənab Prezident İlham Əliyev dayanır. Biz bununla fəxr etməli və qürur hissi yaşamalıyıq. Necə ki, yaşayırıq.

Namiq Əhmədov, YAP Siyasi Şurasınnı üzvü, Xəzər rayon təşkilatının sədri:

- 1 noyabr parlament seçkilərini çox yüksək və müsbət qiymətləndirirəm. Seçkilərdəseçicilər çox fəal, aktiv iştirak etdilər. Hər kəs seçkiyə gəlir və istədiyi namizədə gizli olaraq səs verirdi. Bax əsil demokratiya budur. Yarıdan çox insan seçkilərə gəlmişdir. Ümumiyyətlə, son dövrlərdə ölkəmizdə keçirilən bütün seçkilər prezident, parlament, bələdiyyə seçkiləri azad və demokratik şəkildə xalqın iradəsi əsasında keçirilir. Bununla da Azərbaycan demokratiyaya, vətəndaş cəmiyyəti quruculuğuna sədaqətli olduğunu nümayiş etdirir. Artıq Azərbaycan seçicisi nə istədiyini və hər kəsin qiymətini bilir. Sadə vətəndaş rahat həyat istəyir və bunu onlara verə biləcək qüvvənin Yeni Azərbaycan Partiyası olduğunu bilir. Ona görə də, seçkidə birmənalı şəkildə Ulu Öndərimiz Heydər Əliyevin qurucusu və ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi YAP-Azərbaycan dəstək verir.

Nəzərinizə çatdırım ki, Xəzər rayonu üzrə 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə 27 məntəqə var ki, orada seçicilərin sayı 32 min 732 nəfərdir. 14 saylı Xəzər seçki dairəsi üzrə isə 33 məntəqə mövcuddur və orada seçicilərin sayı 44.246 min nəfəri təşkil edir. Hər iki məntəqədə cəmi 76 min 978 nəfər seçicimiz var.

,Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq, Bakı şəhəri və eləcə də, respublikamizin regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xəzər rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır. Bildiyiniz kimi, Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisdə hər zaman Xəzər rayonu seçicilərini təmsil edib və növbəti dəfə namizədliyi irəli sürülüb. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası da ictimaiyyət, o cümlədən, Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur və söz yox ki, YAP Xəzər rayon təşkilatının üzvləri də rayonun həyatında, ictimai-siyasi proseslərdə, quruculuq və abadlıq işlərində fəal iştirak edirlər. Biz əminik ki, namizədlərimiz bu seçkilərdə də qələbə qazanaraq, xalqın rifahının daha da yaxşılaşdırılmas istiqamətində yorulmadan çalışacaq, dövlətimizin güclənməsinə öz əvəzsiz töhfələrini verəcəklər.

sia.az

Digər xəbərlər