PDF Oxu

Siyasət

  • 35

Xarici qonaq azərbaycanlı tələbələrlə görüşüb

Xarici qonaq azərbaycanlı tələbələrlə görüşüb

Humbolt adına Berlin Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux Almaniyada təhsil alan azərbaycanlı tələbələrin qonağı olub. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, bu barədə "Almaniya-Azərbaycan" Yaradıcı Ziyalılar Birliyinin sədri Naiba Şirinova məlumat verib.Almaniyada fəaliyyət göstərən Azərbaycan Evi və Azərbaycanlı Tələbələr Şəbəkəsinin həyata keçirdiyi görüşün əsas məqsədi Azərbaycan tarixini, qədim irsini, mədəniyyətini, incəsənətini, adət və ənənələrini təbliğ etmək, eləcə də Avropada təhsil alan azərbaycanlı tələbələrin birliyinə nail olmaqdır.Görüşdə Azərbaycanın tarixi, müasir inkişafı, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə dair müzakirələr aparılıb. Eva-Maria Aux Azərbaycana etdiyi səfərlərin təəssüratını tələbələrlə bölüşüb və onların suallarını cavablandırıb: "Mən Azərbaycana tez tez gedirəm, müxtəlif tədbirlərdə və layihələrdə iştirak edirəm, bu ölkənin orijinallığı və qədimiliyi ilə yanaşı, sürətli inkişafı məni valeh edir. Azərbaycan xalqı zəngin tarixə, mədəniyyətə sahib olan, dini tolerantlığı və qonaqpərvərliyi ilə fərqlənən bir ölkədir".Eva-Maria Aux Azərbaycanı Almaniyada tanıtmaq, xalqımızın dəyərlərini alman ictimaiyyətinə çatdırmaq üçün səyləri artırmağa çağırıb. O, dərin tairix köklərə əsaslanan Almaniya-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün siyasi, iqtisadi, elmi, mədəni əlaqələri genişləndirməyin vacib olduğunu vurğulayıb.Almaniyalı tarixçi azərbaycanlı tələbələrlə görüşdə Bakı şəhərinin gözəlliyini xüsusi qeyd edib: "Bakı möhtəşəmliyi ilə qonaqları valeh edir. Berlin, Dubay, London, Paris kimi şəhərləri xatırladır. Müasir Azərbaycanın rəmzi sayılan Alov Qüllələri isə Azərbaycanın inkişafının bariz nümunəsidir. Mən Azərbaycana ilk baxışdan vuruldum".Görüşdə Türkiyə, Ukrayna, Gürcüstan, Özbəkistan və Türkmənistandan olan tələbələr də iştirak edib.

sia.az

Digər xəbərlər