PDF Oxu

Siyasət

  • 27

Bir millət iki uğurlu seçki keçirdi

Bir millət iki uğurlu seçki keçirdi

"YAP və AKP xalqın partiyaları olduğunu bir daha təsdiqlədi"

İki qardaş dövlətin- Azərbyacan və Türkiyənin eyni tarixdə (01.11.2015) parlament seçkiləri keçirməsi tarixi zərurət olduğu qədər, həm də birlik göstəricisi idi. Seçkiyə qədər Türkiyə dövləti çətin sınaqlardan keçdi, terror aktlarından tutmuş hakimiyyəti ələ keçirməyə cəhd edən anarxist qüvvələrin planlarına qədər - heç biri bu dövlətin sütunlarını sarsıda bilmədi. Gezi hadisələrilə Türkiyədə köklü terror və xaosun əsasını qoymağa cəhd edənlərin bütün niyyətləri gözlərində qaldı. Türkiyə təkrar seçkiyə getməli idi və bunu da etdi. Əgər belə olmasa idi, müxtəlif təxribatçı, təhdidedici addımlarla Türkiyə dövlətini diz çökdürməyə çalışan, TBMM-də böyük üstünlük əldə etmək istəyən və hökumətin formalaşdırılmağını birbaşa həyata keçirmək istəyən bədxah qüvvələr məqsədlərinə qismən nail olmuş hesab olunardılar. Lakin qardaş dövlət düzgün taktika seçdi, türk xalqına arxalanaraq Türkiyə iqtidarı yenidən seçkilərin keçirilməsinin bir zərurətə çevrilməsinə nail oldu. Xalqın iradəsi qalib gəldi və Türkiyə Cumhuriyyəti 1 noyabrda böyük seçkilərə getdi. Bəs Türkiyə nəyə nail oldu? Əvvəla, artıq Türkiyədə hökuməti AKP formalaşdıracaq. Yəni müxtəlif qruplaşmaların mövqeyinə işləyən heç bir siyasi qüvvə bu prosesdə iştirak etməyəcək. Digər tərəfdən, Türkiyə prezidentli respublikaya keçidin əsas şərtlərindən birini reallaşdırmış oldu. 1923-cü ildən bəri formalaşmış parlamentli respublika təcrübəsi bu gün prezidentli respublikaya doğru gedirsə, bunu tarixi zərurət kimi qəbul etmək lazımdır. Çünki indi XX əsrin əvvəlləri deyil, bu gün hər şey xırda tərəflərinə qədər nəzarətdə olmalıdır. Əsas odur ki, xalqın iradəsilə yeni bir model formalaşsın.

Azərbaycan xalqı da növbəti dəfə öz doğru seçimini etdi. Bu gün həm ölkəmiz, həm də dünya üçün həssas olan məqamda böyük siyasi təşkilat- YAP-a olunan etimad xalqımızın düzgün nəzərdə tutduğu və gələcəyə hesablanmış addımı idi. Yəni xalqımız Azərbaycan parlamentini növbəti dəfə ən etibarlı əllərə təhvil verdi. Parlamentdə böyük səs üstünlüyü əldə etmiş YAP böyük tarixi aktor kimi öz rolunu bundan sonra daha da gücləndirəcəkdir. Avraam Linkolnın təbirincə desək, "tarixi zərurət kimi meydana çıxmış təşkilat xalqın önündə olmalıdır". Bəli, YAP XX əsrin 90-cı illərinin əvvəllərində bir tarixi zərurət kimi meydana çıxdı, xalqımızın ən ağır, məşəqqətli günlərində öz missiyasını şərəflə yerinə yetirdi və o vaxtdan bu qədər YAP azərbyacanlıların iradəsinin əks olunduğu, dəstək verdiyi yeganə siyasi qurumdur.

Samir

Digər xəbərlər