Bunu dəfələrlə Azərbaycanda sosioloji sorğular aparan dünya miqyasında tanınmış təşkilatların hər birinin ümumi qənaəti və təhlilləri də təsdiqləyir
Dünyada sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə zəngin təcrübə toplayan beynəlxalq təşkilatlar, adətən siyasi kampaniyaların keçirildiyi ölkələrdə ictimai-siyasi vəziyyəti, xalqla iqtidar arasındakı birliyi öyrənmək üçün təhlillər, araşdırmalar aparır və nəticəni açıqlayır. Bu baxımdan, ABŞ-ın tanınmış "Arthur J.Finkelşteyn&Associates" firmasının parlament seçkiləri ərəfəsində Azərbaycanda apardığı sorğuda iştirak edən 5,1 milyon Azərbaycan vətəndaşının seçici kimi ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyin davamını, Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini nümunə göstərə bilərik.
Əlbəttə ki, dəfələrlə Azərbaycanda sosioloji sorğular aparan dünya miqyasında tanınmış təşkilatların hər birinin ümumi qənaəti ondan ibarət olub ki, Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Elə ABŞ-ın nüfuzlu "Gallup İnternational" təşkilatının təhlillərini göstərmək olar. Burada Azərbaycan xalqının dövlət başçısı İlham Əliyevə inamı, ölkənin inkişaf səviyyəsinə vətəndaş dəstəyi ifadəsini tapmışdı. "Callup İnternational"ın dünyanın müxtəlif ölkələrində eyni mövzu üzrə apardığı sorğunun nəticələrinə görə, Azərbaycan ilk onluqda yer alıb. Ölkələr üzrə inkişafın dinamikasını əks etdirən statistikada deyildiyi kimi, ilk onluqda təmsil olunmaq o deməkdir ki, mövcud siyasətə, tərəqqiyə nikbinliklə baxan ölkə əhalisi gələcəyə böyük ümidər bəsləyir, qarşıdakı illərdə əhalinin rifah halının daha da yüksələcəyinə inamında qətiyyətlidir.
Bu günlərdə daha bir beynəlxalq sorğu da ölkə əhalisinin Prezident İlham Əliyevlə həmrəyliyini ifadə etdiyini, Ulu Öndər Heydər Əliyev ideyalarının davamına tərəfdar olduğunu bildirdiyini növbəti dəfə təsdiqləyib. Belə ki, Fransanın "Opinionway" Yenilikçi Araşdırma Şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib.
Sorğuda iştirak edən yetkinlik yaşına çatmış 1200 respondentin 58 faizi hazırda ölkə üzrə aparılan siyasi, iqtisadi, sosial islahatların düzgün istiqamətə yönəldiyini təsdiqləyib. Rəyi soruşulanların 22,9 faizi suala müsbət cavab verməyib, 19,1 faiz isə münasibət bildirməyib. Milli təhlükəsizliyin təmin olunması (71,4), cinayətkarlıqla mübarizə (68,4), insan haqlarının vəziyyəti (69,8), təhsilin səviyyəsi (48,8), korrupsiyaya qarşı mübarizə (71,2) ilə bağlı suala müsbət cavab verənlərin sayından da aydın olur ki, Azərbaycan hakimiyyəti düşünülmüş, təkmil inkişaf konsepsiyası üzrə strategiyasını müəyyənləşdirir və bu istiqamətdə qazandığı uğurlar xalqın rifahına xidmət etdiyi üçün milyonlar tərəfindən dəstəklənir. Ölkədəki siyasi sistemin fəaliyyətindən razı qalanlar da respondentlərin yarısını təşkil edir: 50,8 faiz.
Araşdırma Mərkəzinin sorğularından olan "Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir" sualına münasibətini bildirən respondentləri 78,8 faizinin "Çox qane edir" söyləməsi isə bütünlükdə araşdırmanın əsasını təşkil etməklə, ölkədəki xalq-iqtidar birliyinin əbədiliyini əks etdirən reallıqdır. Parlament seçkilərində iqtidar və iqtidaryönlü partiyaların namizədlərini dəstəkləyəçəklərini bildirən rəyi soruşulanların 71 faizini təşkil etməsi də yuxarıda əksini tapan sualın analoji cavabı ilə eynilik təşkil edir. Bu, bir daha Prezident İlham Əliyev siyasətinin qələbəsidir. İqtidaryönlü qəzetlərə marağın (31,1) müxalifyönlü KİV-lə nisbətən (11) fərqli faizlə ifadə olunması dövlətin siyasətini təbliğ edən mətbuata inamın yüksək olmasını göstərir. "Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır" sualına rəyi soruşulanların 66,5 faizinin "Dağlıq Qarabağ" cavabından da aydın olur ki, Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün səylərini və liderlik qətiyyətini artıran, dövlətin vacib aspektlərinə daim diqqət yetirən Prezident İlham Əliyevin xarici siyasəti də ölkə əhalisi tərəfindən dəstəklənir. Təbii ki, başqa suallara verilən cavablarda da iqtidara dəstəyin yüksək olması Azərbaycanın daxili və xarici siyasətinin təntənəsidir.
Peşəkarlıqla hazırlanan və obyektivliyi əks etdirən bu cür sorğularda ölkəmizlə bağlı fərəhləndirici rəqəmlərin yer alması inkişafın Azərbaycan modelinin dünya birliyində təsdiqi, islahatlar və biznes mühitinin təşkili üçün qazandığı birincilik imicinin təkrarı olmaqla respublikamızın daxili və xarici siyasətinin insanlar tərəfindən yüksək qiymətləndirilməsi və nəticə etibarilə gələcəyə inamının təzahürüdür. Bütün bunlar da əlbəttə ki, səbəbsiz deyil.
Dünya İqtisadi Forumunun hesabatında ölkələrin rəqabət qabiliyyətinə görə Azərbaycanın 40-ci yerdə olması, dünyanın aparıcı reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini artırması bir daha onu göstərir ki, uğurlarımızın əsasında düşünlmüş, müstəqil siyasət, düzgün müəyyənləşdirilmiş islahatlar dayanır. O islahatlar ki, əsasında insan amili, əhalinin rifahının yaxşılaşdırlması kimi ümdə məsələlər dayanır.
Aparılan sorğuların nəticələrində qeyd olunduğu kimi, milli və bəşəri keyfiyyətlərə, liderliyə xas olan, öz ölkəsini respublikanın hüdudlarından kənarda belə tanıdan, fəaliyyətilə beynəlxalq təhlükəsizliyə, münasibətlərə müsbət təsir göstərmək imkanlarına malik Prezident İlham Əliyev şəxsiyyətinə, siyasətinə ən böyük dividend qazandıran amil dövlətimizin başçısının qlobal güclərin maraqlarını ölkəsinə yönəltməyi bacarmasıdır.
"Səs" Analitik Qrupu