PDF Oxu

Siyasət

  • 24

ABŞ Dövlət Departamentinin təzadlı mövqeyi

ABŞ Dövlət Departamentinin təzadlı mövqeyi

Bu mövqe ABŞ-Azərbaycan əlaqələrinə öz təsirini göstərə bilər

Məlum olduğu kimi, noyabr ayının 1-də Azərbaycanda novbəti tarixi hadisə yasandı. Mustəqillik dönəmində azad və demokratik səkildə növbəti parlament seçkiləri keçirildi. Yüksək şəffaflıq və demokratiya şəraitində keçirilən seçkilər tam obyektiv şəkildə xalqın rəyini nəticələrdə əks etdirmiş oldu. Dövlətimiz tərəfindən istər seçkiöncəsi təbliğat, istərsə də seçki prosesi beynəlxalq standartlara müvafiq olaraq təşkil olunmuş və namizədlərin öz təbliğatlarını, seçicilərin isə öz rəylərini formalaşdırması üçün hər bir şərait yaradılmışdı. Bu məsələ öz əksini, eyni zamanda, seçkini müşahidə edən yerli və beynəlxalq təşkilatların da hesabatlarında çox aydın şəkildə tapmışdır. Onlar öz hesabatlarında Azərbaycanda keçirilən seçkini yüksək qiymətləndirdiklərini və hər hansı bir ciddi qanun pozuntusunun qeydə alınmasının şahidi olmadıqlarını bildirmişlər. Lakin çox təəssüf ki, bu beynəlxalq təşkilatlar içərisində yalnız ABŞ Dövlət Departamentinin hesabatı seçkilərin keçirilməsində problemlərin olduğunu bildirmişdir.

Qeyd edək ki, parlament seçkilərini izləyən müşahidəçilərin sayı həddindən çox idi. Dövlətimiz seçki öncəsi beynəlxalq təşkilatlara da müraciət etmişdi. Seçkilər Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, TürkPA - Türkdilli Ölkələrin Parlament Assambleyası da daxil olmaqla, coxsaylı xarici ölkələrdən musahidəcilər izlədilər. Onlar uzunmüddətli və qısamüddətli müşahidə missiyaları şəklində fəaliyyət göstərirdilər. Həmin təşkilatlar həm seçkiqabağı prosesdə, həm də səsvermə günü öz müşahidələrini aparmaq imkanına malik idilər və bu imkandan da maksimum istifadə etdilər. Ölkəmizə gələn müşahidəçilər ayrı-ayrı məntəqələrdə oldular və seçkilərin gedişi, partiyalara yaradılmış bərabər şəraitlə tanış oldular. Bir də ABŞ Dövlət Departamentinin Azərbaycana qarşı verdiyi bəyanatlar tanış ssenarilərdir. Elə təşkilatlar vardı ki, onların hesabatları gəlməmişdən əvvəl məsələnin məğzi məlum idi. Beynəlxalq təşkilatların hər birinin özünəməxsusluğu vardı. Bu bəyanatı qərəz kimi qəbul etmək olar. Bu baxımdan da ABŞ Azərbaycanda gedən inkişafı etiraf etməlidir və edəcəkdir də. Çünki bu, reallıqdır. Xalqın iradəsinə hörmət etmək lazımdır. Çünki təəssüf doğuran odur ki, bütün bunlara baxmayaraq, ABŞ Dövlət Departamenti yenə də öz qərəzli mövqeyini nümayiş etdirərək, seçkilərdə müəyyən problemlərin olduğunu qeyd edir. Bu isə, özünü demokratiyanın beşiyi sayan bir dövlətin xarici işlər idarəsinin belə bir bəyanatla çıxış etməsi onun məsələlərə qeyri-obyektiv mövqedən yanaşmasını göstərmiş olur. Bu bəyanatın hansı məqsədlə bu cür mövqe tutmasını dəqiq bilməsək də, bunun arxasında ABŞ-ın öz maraqlarını təmin edəcək müəyyən subyektiv amillərin dayandığını güman etmək olar.

Ümumiyyətlə, Dövlət Departamentinin bir sıra bu yönümlü bəyanatlarının daima şahidi olmuşuq. ABŞ Dövlət Departamentinin parlament seçkilərilə bağlı dolğun məlumata malik olmadan mühakimə yürütməsi isə, Dövlət Departamentinin bir tərəfdən səriştəsizliyini göstərirsə, digər bir tərəfdən, onun nüfuzunu aşağı salmış olur. Bunları nəzərə alaraq, demək olar ki, ABŞ Dövlət Departamenti öz işində daha səriştəli siyasət yeritməli və buraxdığı nöqsanları tezliklə düzəltməlidir. Əks təqdirdə isə, bu gün ABŞ-ın özü üçün mühüm müttəfiq saydığı Azərbaycanla münasibətlərə yenidən baxılması mümkündür.

R.HÜSEYNOVA

Digər xəbərlər