PDF Oxu

Siyasət

  • 31

Ənənəvi ampluanın dəyişməz ünvanı

Ənənəvi ampluanın dəyişməz ünvanı

ABŞ Dövlət Departamentinin qərəzli mövqeyi Azərbaycanın dünyada nufuzunun və iqtisadi qüdrətinin artmasından narahat olmalarilə bağlıdır

Parlament seçkilərini yaxından izləmiş ABŞ-dan olan nümayəndələr seçkilərin azad və demokratik keçirildiyini bəyan etdilər. Amma ABŞ Dövlət Departamenti isə seçkilərlə bağlı növbəti qərəzli hesabat yaydı. "Təzadlı mövqe nə ilə bağlıdır". Bu suala cavab olaraq, müsahiblərimiz bildirdilər ki, ABŞ Dövlət Departamentinin mövqeyi Azərbaycanın dünyada nufuzunun və iqtisadi qüdrətinin artmasından narahat olmalarilə bağlıdır.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- ABŞ Dövlət Departamenti ilk dəfə deyil ki, Azərbaycan haqqında bu cür qərəzli mövqedən çıxış edir. Təkrar edirəm, bu tip qərəzli mövqe birinci dəfə deyil. Amma sonuncu dəfə də olan deyil. Bu baxımdan, onların bu cür bəyanatlarından narahat olmağa dəyməz. Azərbaycanda keçirilən parlament seçkilərini həm ABŞ-dan, həm də Avropa Şurası Parlament Assambleyasının rəsmi nümayəndə heyəti müsbət qiymətləndirib. Seçki prosesini müşahidəçi qismində yaxından izləmiş ABŞ-dan olan nümayəndələr də açıqlamalarında müsbət fikirlər səsləndirib, seçkilərin azad və xalqın iradəsi əsasında keçirildiyini bəyan edib. Bunun fonunda ABŞ Dövlət Departamentinin ABŞ-da oturub, əhəmiyyətsiz hesabatla çıxış etməsi, onların yanlış mövqe tutduqlarını göstərir. ABŞ-da oturub, Azərbaycan haqqında danışmaq ən azından öz imicinə və fəaliyyətinə hörmətsizlikdir.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Hər zaman bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli mövqeden çıxış ediblər. Bu da onların ölkəmizin əldə etdiyi uğurlara qısqanclıq hissilə yanaşmalarından irəli gəlir. Azərbaycanda parlament seçkilərini izləmiş beynəlxalq təşkilatların nümayəndələrinin müsbət rəy verməsinə baxmayaraq, onlar qərəzli mövqelərini ortaya qoymaqdan çəkinməyiblər. Artıq ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında bu cür qərəzli mövqedən çıxışını adı, bir hal kimi qəbul edirik. Artıq alışmalıyıq ki, beynəlxalq təşkilatların bizə münasibəti bu cür qərəzli və ikili standartlara uyğundur. Ümumiyyətlə, Azərbaycan dövləti günü-gündən gücləndikcə, bəzi xarici qüvvələrin ölkəmizə qarşı qərəzi və ikili yanaşmasıda artır.

GÜLYANƏ

Digər xəbərlər