PDF Oxu

Siyasət

  • 43

Səbuhi Aslanbəyli: “Bu məsələdə də Əli Kərimlinin əli var” AÇIQLAMA

Səbuhi Aslanbəyli: “Bu məsələdə də Əli Kərimlinin əli var” AÇIQLAMA

"Milli Şura deyilən bir qurum çoxdan legitimliyini itirib. Razi Nurullayevin rəhbərlik etdiyi AXCP Etimad Qurultayı təşkilat komitəsi orada fəaliyyət göstərməyi özünə rəvac bilmir. Çünki Milli Şuranın qeyri-rəsmi sədri Əli Kərimlinin siyasəti ancaq şəxsi tayfası ətrafında baş verən gülünc proseslərdən ibarətdir". Bu fikirləri SİA-ya açıqlamasında AXCP Etimad Qurultayı təşkilat komitəsinin sədr müavini Səbuhi Aslanbəyli deyib.Səbuhi Aslanbəyli qeyd edib ki, Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədlinin qurumdan çıxarılmasında da Əli Kərimlinin əli olduğunu istisna etmir: "Bu insan ancaq şəxsi maraqlarına cavab verənləri ətrafında saxlayır. Əli Kərimli bir az da olsa özündə güc tapırsa, getsin sahibkarlıq fəaliyyəti ilə məşğul olsun"."Parlament seçkiləri ərəfəsində bir daha şahidi olduq ki, bunların arxasında xarici qüvvələr dayanır"-deyə əlavə edən Səbuhi Aslanbəyli bildirib ki, xarici havadarları seçkiləri baykot etdilər və bunlar da ona dəstək verdilər.

siaşaz

Digər xəbərlər