PDF Oxu

Siyasət

  • 32

Mübariz Əhmədoğlu: “Rusiya ilə ABŞ arasında total mübarizə gedir” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Rusiya ilə ABŞ arasında total mübarizə gedir” AÇIQLAMA

"Hesab edirəm ki, ardıcıl olaraq Rusiyada təyyarə qəzalarının başvermə səbəblərinin bütün versiyaları yoxlanılmalıdır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı apardığı mübarizə total mübarizədir: "Rusiyanın sərnişin təyyarəsi havada olarkən partlayıb. Hadisənin başvermə səbəbləri hələ ki, bilinmir. Sadəcə olaraq ABŞ burada müəyyən bir informasiya aktivliyi göstərir və iddia edir ki, bunu "İŞİD"çilər edib. Düşünürəm ki, ABŞ təyyarə qəzaları zamanı Rusiya əleyhinə müəyyən geosiyasi fon yaratmaq istəyir. Çalışır ki, Rusiya dövlətinin hamı üçün təhlükəli olduğunu göstərsin. Ona görə də hesab edirəm ki, təyyarə qəzalarının təsadüfi olması versiyası ilə yanaşı, hadisənin "İŞİD"çilər tərəfindən təşkil olunması versiyası da diqqətdən kənarda qalmamalıdır. Nəzərə almalıyıq ki, hazırda Rusiya ilə ABŞ arasında total mübarizə gedir. Artıq bu mübarizə bütün sahələri əhatə edib".

siaşaz

Digər xəbərlər