"Təəssüf`ki, Türkiyə ilə bağlı sualların hər biri daxili narazıçılıq, cərəyanlarla bağlı deyil, əksinə xaricdən ona göstərilən təsirlərlə əlaqədardır. Hesab edirəm ki, müasir dövrdə bu daha çox üstünlük təşkil edir". Bunu SİA-ya qeydə alınmış millət vəkili Aytən Mustafayeva Türkiyədəki parlament seçkilərinin nəticələri ilə bağlı fikirlərini bildirərkən deyib.Onun sözlərinə görə, türk xalqı rəsmi Ankaranın ictimai-siyasi həyatında həmişə aktiv iştirak edib: "Türkiyə vətəndaşı hər zaman bilir ki, o hansı partiyanın davamçısı, tərəfdaşıdır. Hətta bu, nəsillərlə belə davam edib. Lakin hansısa narazıçılar, cərəyanlar da xaricdən müəyyən mənada dəstək ala bilərlər. Bu məsələlər daha sərt şəkildə üzə çıxa bilər. Baxmayaraq ki, indi Türkiyə üçün vacib olan möhkəm və bir olmaqdır. Bu gün Türkiyə bir dövlət, geosiyasi oyunçu kimi çox gərgin vəziyyət yaşayır".
sia.az