"Ölkəmiz üçün tarixi prosesi artıq geridə qoyduq. Belə ki, 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında Milli Məclisə 5-ci çağırış seçkilər keçirildi və parlamentin tərkibi formalaşdı". BunuSİA-ya Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, qeydə alınmış millət vəkili Şahin İsmayılov deyib.Onun sözlərinə görə, Milli Məclisin tərkibi formalaşanda ötən seçkilərdə olduğu kimi, yenə də Yeni Azərbaycan Partiyası (YAP) özünün parlaq qələbəsini qazandı: "Seçkilərdə adətən ötən dövrdə uğurlu siyasət göstərən və seçiciləri inandırmağı bacaran siyasi qüvvələr qalib gəlir. Sevindirici haldır ki, YAP bunu bacardı. Hakim Partiyanın ötən seçkilərdə verdiyi vədlər tamamilə yerinə yetirildi. Təbii ki, bu parlamentin tərkibi formalaşanda da Partiyamız bu seçkidə uğur qazandı. Bildiyiniz kimi, biz siyasi qüvvə olaraq "Yeni Hədəflərə Doğru" şüarı ilə getdik.Düşünürəm ki, YAP-ın bu tərkibdə çoxluğu əldə etməsi, Partiyamızın seçkidən qalib gəlməsi növbəti ildə də uğurlu siyasətin aparılmasının və seçicilərə verilən sözlərin, o cümlədən həm daxili, həm də xarici siyasətdə parlamentin çəkisinin gücləndirilməsi, artırılması istiqamətində kifayət qədər söz sahibi olaraq Milli Məclis xalqın ona göstərdiyi marağı, gözləntiləri, vədləri qarşılayacaq. Artıq yeni tərkib formalaşıb. Yeni tərkibdə müəyyən dəyişikliklər və yeni simalar var. Düşünürəm ki, Milli Məclis xalqın ondan olan gözləntilərini tamamilə doğruldacaq".
sia.az