PDF Oxu

Siyasət

  • 30

NDU-da Dövlət Bayrağı Günü münasibətilə bilik yarışı keçirilib

NDU-da Dövlət Bayrağı Günü münasibətilə bilik yarışı keçirilib

Naxçıvan Dövlət Universitetində (NDU) 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin komandaları arasında 4 turdan ibarət bilik yarışı keçirilib.NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarışda adıçəkilən fakültənin 7 ixtisası üzrə təhsil alan I və II kurs tələbələrindən ibarət 7 komanda iştirak edib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, coğrafiya, məntiq və digər mövzuları əhatə edən 70 test sualından ibarət bilik yarışı maraqlı və yaddaqalan olub.Gərgin mübarizə nəticəsində ingilis dili müəllimliyi ixtisasının komandası qalib gələrək I yerə çıxıb. Beynəlxalq münasibətlər və tərcüməçilik (ingilis dili) ixtisasının komandaları isə II və III yerləri bölüşüblər.Qeyd edək ki, bilik yarışı növbəti günlərdə digər fakültələrdə də təşkil olunacaq və sonda qalib gələn komandalar finalda qarşılaşacaq. Qalib komandalar, eyni zamanda, yarışın fəal iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

AZƏRTAC

Digər xəbərlər