Samuxlu gənclər ulu öndər Heydər Əliyevin idarəçilik təcrübəsini öyrənirlər. Rayonda "İdarəçilik məktəbi" layihəsi çərçivəsində "Liderlik zirvəsi - Heydər Əliyev" mövzusunda keçirilən tədbirdə gənclər fəal iştirak ediblər.AZƏRTAC xəbər verir ki, dövlətin idarə olunmasında Heydər Əliyev təcrübəsinin öyrənilməsi məqsədilə təşkil olunmuş tədbirdə çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə görkəmli dövlət xadiminin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb.Sonra 200 nəfərədək gəncin iştirak etdiyi tədbirdə interaktiv suallar ətrafında müzakirələr aparılıb. Müzakirələrdə fəal iştirak edən gənclərə Heydər Əliyev Mərkəzinin fəxri fərmanları təqdim olunub.
AZƏRTAC