SİYASİ RAKURS
Parlament seçkiləri başa çatdı və ənənəvi müxalifət bir daha gördü ki, xalq onların maraqlarını dəstəkləmir və yürüdülən köhnəlmiş siyasi gedişlər müasir siyasi arenada öz təsdiqini tapmır. Amma buna başxamayaraq, radikalizm amilindən əl çəkə bilməyən AXCP və Müsavat kimi partiyalar yenidən mitinq keçirmək xəstəliyinə yoluxaraq, ictimai rəyin qarşısında özlərini rüsvay etməkdə israrlı görünürlər. Hətta bu günlərdə Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı təmsil olunduğu təşkilatın mitinq keçirmək istəyi ilə yanaşı, aksiyanın "Milli Şura" ilə birgə baş tutacağını da bəri başdan "anonslayıb". Halbuki "Milli Şura" və bu qurumu arxa plandan idarə edən AXCP sədri Əli Kərimli Müsavatla bir araya gəlməyəcəyini demişdi.
Müxalifətdaxili məsələnin yenidən 16-17 il öncəki proseslərə doğru getdiyi görünür
Lakin seçki başa çatıb və nəzərə alsaq ki, hər seçkilərdən öncə şəxsi məqsədlərini güddüklərinə görə fikir ayrılığı yaşayan müxalifət partiyaları növbəti seçkilərə qədər ayaqda qalmaq üçün bir-birlərilə "əməkdaşlıq" etməyə başlayırlar. Məsələn, 1998-ci ilin prezident və 2000-ci ilin parlament seçkilərindən üzü bu yana bütün eyniadlı seçkilərdə ictimai rəy məhz bunun şahidi olub. Yaranan və bir neçə müddətdən sonra tarixin arxivinə atılan çoxsaylı müxalifət qurumları da qeyd olunan fikirləri təsdiq edir. Beləliklə, məsələnin yenidən 16-17 il öncəki proseslərə doğru getdiyini elə Müsavat rəhbərliyinin irəli sürdüyü təklifindən də görmək mümkündür.
Müsavat rəsmisi Gülağa Aslanlı deyib ki, hətta "Mili Şura" ilə mitinq keçirmək barədə partiya daxilində müzakirələr aparılır: "Məsləhətləşmələr davam edir. Yaxın günlərdə məsələ ilə bağlı Müsavat partiyasının qərarı olacaq. Partiyanın qərarı mitinqin keçirilməsi yönündə olarsa, onun necə keçiriləcəyi müzakirə olunacaq. Partiyanın qərarından asılı olaraq bu, tək də ola bilər, müttəfiqlərlə də".
Düzdür, Gülağa Aslanlı burada ad çəkməsə də "Milli Şura"nı, ya da AXCP-ni özünə müttəfiq kimi görməsi gülünc görünür. Əgər Müsavat qarşı tərəflə bu qədər müttəfiq olduğunu düşünrüdüsə, nəyə görə "Milli Şura"dan çıxıb, AXCP ilə bütün körpüləri yandırmağı üstün tutdu? Demək bu, boğazdan yuxarı deyilmiş ifadələrdir və heç bir ciddiliyə söykənmir.
Gülağa Aslanlı növbəti dəfə böük səhfə yol verdi
Amma mitinq keçirsələr belə, heç nə əldə edə bilməyəcəklərini anlayan ənənəvi müxalifət bir həqiqətə sahib çıxmağı bacarmırlar. Əgər xalq, seçici faktoru onlara etimad göstərsəydi, necə deyərlər, dərd yarı olardı. Bunları xalq dəstəkləmir və dəstəksiz mitinqin də hansı biabırçılıqlara yol açdığını ən sadə adamlar da anlayır.
Bütün bunların isə bir məsələsi var - növbəti seçkilərə qədər ayaqda qalmağı bacarıb, kimdən, haradana nə qədər pul toplamaq marağı. Belə olan təqdirdə, harada müxalifət və pul varsa, demək, orada da hansısa birlikdən danışmağa dəyməz. Bu səbəbdən, Gülağa Aslanlı növbəti dəfə böük səhvə yol verib. Hətta özünə sual belə etməyib ki, AXCP, ya da "Milli Şura" Müsavatın təklifini qəbil edəcəkmi? Hər halda, bu belə görünmür. Nəticə isə budur, seçki qurtardı, bunlar yenə "birləşirlər".
Rövşən NURƏDDİNOĞLU