PDF Oxu

Siyasət

  • 34

Sevinc Fətəliyeva: "Ermənistan yenə məntiqsiz mövqeyi ilə seçilir" AÇIQLAMA

Sevinc Fətəliyeva: "Ermənistan yenə məntiqsiz mövqeyi ilə seçilir" AÇIQLAMA

"Bəzi beynəlxalq təşkilatların müzəkirələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münəqişəsi dondurulmuş konflikt adlandırılsa da, hər gün günahsız insanlar, uşaqlar erməni güllələrindən qətlə yetirilir". Bu sözləri SİA-ya açıqlamasında yenidən millət vəkili seçilmiş Sevinc Fətəliyeva deyib. O qeyd edib ki, Ermənistanın belə cinayətləri davam edikcə, Azərbaycan əraziləri işğaldan azad olunmayınca, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmayınca ermənilərlə hər-hansı dostluqdan söhbət gedə bilməz. Millət vəkili vurğulayıb ki, Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyansın Rusiyada yaşayan azərbaycanlıları dostluğa dəvət etməsi erməni hiyləgərliyindən başqa bir şey deyil: "Azərbaycan həmişə münəqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Lakin torpaqlarımız işğal altındadır, bir milyon qaçqın və məcburi köçkünümüz var. Bu məqamda belə bir təklif sadəcə ermənilərin məkrli siyasətidir.Ermənistanın iqtisadı böhran keçirməsi, xalqın acınacaqlı vəziyyətdə yaşaması hamıya məlumdur. Rusiya Erməniləri İttifaqı birinci Ermanistanın terrorçu rəhbərliyinə təzyiqlər göstərsin, işğalçı qüvvələrin torpaqlarımızdan çəkilməsini tələb etsinlər, sonra digər məsələlərə keçərlər. Hər məsələdə olduğu kimi, Ermənistan yenə məntiqsiz mövqeyi ilə seçilir".

sia.az

Digər xəbərlər