PDF Oxu

Siyasət

  • 39

Dövlət Bayrağımız milli dəyərimiz, qürur mənbəyimizdir

Dövlət Bayrağımız milli dəyərimiz, qürur mənbəyimizdir

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli, ay-ulduzlu bayraq milli suverenliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bayraq bizim milli dəyərimiz, qürur mənbəyimizdir.AZƏRTAC xəbər verir ki, bu fikirlər 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Balakən Rayon Mədəniyyət Mərkəzində keçirilən bayram tədbirində səsləndirilib.Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Azərbaycan bayrağına həsr olunan film nümayiş etdirilib.Tədbirdə bildirilib ki, Azərbaycanın dövlət bayrağının ilk dəfə dalğalanmasından 97 il ötür. 1918-ci ilin noyabrından 1920-ci ilin aprelinədək millətin başı üzərində dalğalanan dövlət bayrağımızdan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra imtina edilib. Yalnız 70 il sonra, 1990-cı ilin noyabrında xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı ilə müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.Məktəblilərin müşayiəti ilə salona Azərbaycan bayrağının gətirilməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Bayram tədbiri ədəbi-bədii kompozisiya ilə başa çatıb.Dövlət Bayrağı Günü münasibətilə hazırda rayonun təhsil və mədəniyyət ocaqlarında, müəssisə və təşkilatlarda silsilə tədbirlər davam edir.

AZƏRTAC

Digər xəbərlər