"Cənab Prezident İlham Əliyevin dedikləri bir çox məmurların "qulağında sırğa" olmalıdır". BunuSİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Onun sözlərinə görə, hamı bilməlidir ki, ölkədə hüquqi dövlət qurulur və qanun hər şeyin fövqündə durur: "Qanunlara riayət etmək lazımdır. Hamı qanun qarşısında bərabərdir. Əks-təqdirdə qanun qarşısında cavab verilir. Qanunu pozmaqdan qorxmayanların qanunun gücü tətbiq edilərək qorxmaları qəribə görünür".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində ədliyyə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: "Son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxıb. Bu hallara yol verən şəxslər mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılıb. Heç kim toxunulmaz deyil".
sia.az