"Azərbaycan uzun müddətdir ki, Ermənistan terrorundan əziyyət çəkir. Beləcə terror ölkəmizə çox yaxın bir mövzudur. Azərbaycan bu mövzunu çox gözəl anlayır". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli Azərbaycanın NATO-nın sülhməramlı əməliyyatlarındakı iştirakına və ölkəmizin terrora məruz qalmasına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, ölkəmiz bütün dünyada baş verən terror hadisələrini öz üzərində hiss edir: "Bəs gəlin görək niyə azərbaycanlılar terrora məruz qalıb. Hətta Azərbaycanın öz ərazisində sübut olunub ki, Ermənistan xeyli sayda terror hadisəsi törədib. Əfqanıstanda, İraqda terror hadisələri başlanan zaman Azərbaycan tərəfi ordu və s. cəhətdən bu hadisələrə dəstək verdi. Bu gün heç kimə sirr deyil ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 qətnaməsini yerinə yetirməyən Ermənistana hər il yardımlar edir. Təəssüflər olsun ki, biz ABŞ-dan bu məsələdə səmimi münasibət görmədik".
sia.az