PDF Oxu

Siyasət

  • 49

Rövşən Rzayev: “Azərbaycan bu təxribatların qarşısını alacaq” AÇIQLAMA

Rövşən Rzayev: “Azərbaycan bu təxribatların qarşısını alacaq” AÇIQLAMA

"Azərbaycanda din pərdəsi altında iğtişaş yaratmaq istəyən bir qrup radikal-ekstremist ruhlu şəxslər xarici qüvvələrə aldadılıb və onların təsirləri altında yaşayırlar". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib. Onun sözlərinə görə, bu gün həmin o bir qrup radikal-ekstremist qüvvələrdən öz vətənlərinə, Azərbaycana qarşı istifadə olunur: "Onların özləri belə heç bilmirlər ki, nə ilə məşğuldurlar. Bütün bunların başında Azərbaycana qarşı düşmən mövqeyində olan qüvvələr, dövlətlər, xüsusilə Ermənistan və onun lobbilərinin, xüsusi orqanların əməkdaşlarının apardığı fəaliyyət dayanır".R. Rzayev əlavə edib ki, onlar çox ciddi nəzarət altında saxlanılmalı və qarşısı alınmalıdır: "Azərbaycan güclü və müstəqil dövlətdir. Ölkə Prezidenti İlham Əliyev başda olmaqla ölkəmiz öz müstəqilliyini bundan sonra da qoruyacaq və Azərbaycan daimi olaraq inkişaf edəcək. Bu cür radikal düşüncəli insanların hərəkətləri də heç də uzun çəkməyəcək. Azərbaycan xalqı öz liderinə inanır və öz lideri ilə də bir yerdə ölkəmiz bu təxribatların hamısının qarşısını alacaq".

sia.az

Digər xəbərlər