PDF Oxu

Siyasət

  • 44

Cümşüd Nuriyev: “İran ABŞ-ın xarici siyasətini bəyənmir” AÇIQLAMA

Cümşüd Nuriyev: “İran ABŞ-ın xarici siyasətini bəyənmir” AÇIQLAMA

"Rusiya tərəfindən İrana S-300 raket komplekslərinin verilməsi artıq xeyli müddətdir ki, razılaşdırılıb. İranın hərbi doktorinasında da göstərilir ki, İran öz hava hücumu sistemini özü qurur". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Politoloqun sözlərinə görə, İranın o silahı kimdən alması onun öz daxili işidir: "Amma indiki zamanda İranın ABŞ-a qarşı sərt mövqeyinə baxmayaraq, S-300 raketlərindən istifadə edəcəyi inandırıcı görünmür. Çünki bu ABŞ-ın Yaxın və Orta Şərqdə möhkəmlənməsinə gətirib çıxara bilər. Mən belə bir addımın atılacağına inanmıram. Amma bütün hallarda İran rəhbərliyi ABŞ-ın xarici siyasətini bəyənmir və bu siyasətin daha çox şeytana xidmət etdiyini düşünür".

sia.az

Digər xəbərlər