PDF Oxu

Siyasət

  • 28

İlqar Orucov: “Hərbi sənayenin inkişafında alimlər çağırışlara hazır olmalıdırlar” AÇIQLAMA

İlqar Orucov: “Hərbi sənayenin inkişafında alimlər çağırışlara hazır olmalıdırlar” AÇIQLAMA

"Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində iştirak etməklə bütövlükdə elmi ictimaiyyətə çağırış etmiş oldu. Ölkə başçısı yubileydə iştirakı ilə ölkənin prioritet istiqamətlərindən biri kimi elmin inkişafına nə qədər önəm verdiyini bir daha göstərdi". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.İlqar Orucov qeyd edib ki, Cənab Prezidentin elm adamları ilə hər görüşü, hər çıxışı əslində bir çağırışdır və bu çağırışlar elmimizin müsbət istiqamətdə inkişaf etməsinə öz tövhəsini verir: "Xatirimdədir ki, AMEA-nın illik toplantılarının birində Cənab Prezident humanitar sahənin inkişafı ilə bağlı çağırış etdi və biz bu istiqamətdə ciddi dönüşün və ciddi elmi nailiyyətlərin şahidi olduq. Bu dəfəki görüşdə də Ölkə başçısı konkret hədəfləri göstərdi. Burada ilk növbədə ölkənin bundan sonrakı inkişafının perspektivlərini ortaya qoydu. Əlbəttə göstərilən hər iki istiqamətdə-istər sənaye, istərsə də aqrar sahədə tərəqqidə elm insanı yeni-yeni nailiyyətləri ilə öz sözünü deməlidir. Hərbi sənayenin inkişafında da alimlər çağırışlara hazır olmalıdırlar. Əslində bu, təsadüfi hal deyil. Azərbaycanın cəlb olunduğu hərbi münaqişə, torpaqlarımızın 20 faizinin illərdir işğal altında olması, digər tərəfdən dünyada baş verən kataklizmlər ölkəmizin hərbi qüdrətinin yüksəldilməsini, hərbi sənaye kompleksinin mükəmməl olmasını diktə edir. Azərbaycan elmi hələ sovetlər dövründə SSRİ hərbi sənayesinin inkişafında fərqlənmiş və öz sözünü deyə bilmişdi. O zaman daha çox məxfi hərbi sifarişlərin icrasında bizim alimlər çalışırdılar. Bunun üçün artıq ənənə mövcuddur. Hesab edirəm bu ənənələri bərpa etmək olar və əslində lazımdır da".İlqar Orucov çağırışlara ən çevik cavab verən təbəqə kimi gənc alimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq bildirib ki, əsl həqiqətdə insanın ən çox və effektiv işləyən dövrü gənclik dövrüdür və bu çağırışa da daha çox elmi gəncliyin cavab verəcəyinə əminəm.

sia.az

Digər xəbərlər