"Əslində 20 ildən çoxdur ki, AXCP və Müsavat arasında gərgin münasibətlər var. Hətta, bu münasibətlər müəyyən mərhələdə düşmənçilik səviyyəsinə gəlib çatıb". Bunu SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib.Partiya sədri bildirib ki, onlar artıq qəbul ediblər ki, iqtidara qarşı gücsüzdürlər və birləşməyə cəhd göstərirlər: "Bütün cəhdlər faydasızdır. Çünki bu qüvvələr ictimai dəstəkdən məhrumdurlar. Gündəmə gəlməkdən ötrü sözdə aksiya keçiricəklərini ifadə edirlər. Gerçəyə qaldıqda isə bunlar nə birləşə bilər, nə də ki normal bir aksiya keçirə bilərlər".Mais Səfərlinin sözlərinə görə, parlament seçkiləri öncəsi müxalifətin sonuncu aksiyasını hər kəs gördü: "5-10 nəfər yaxın qohum-əqrəbalarından, dostlarından başqa orada heç kim yox idi. Buna aksiya demək belə gülüncdür. Sadəcə olaraq Qərbin müəyyən dairələrinin diqqətini cəlb etmək və ictimai fikirdə qalmaq üçün belə cəhdlər edirlər".
sia.az