Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri dost və qardaş ölkələrimiz arasındakı strateji tərəfdaşlığın inkişafına təkan verəcək.Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili söyləyib.Nazir deyib: "Mən strateji tərəfdaş və qardaş ölkə olan Azərbaycan Prezidentinin Gürcüstana səfərinin nəticələrini yüksək qiymətləndirirəm. Bu səfər çərçivəsində keçirilən görüşlərdə strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın inkişaf perspektivləri ilə bağlı konkret təkliflər müzakirə olundu. Düşünürəm ki, bu cür səfərlər strateji tərəfdaşlığımızın, dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək".
AZƏRTAC